goz rengi

Göz üçün faydalı qidalar

Baxış sayı: 1. 180

Qeyri-sağlam qidalanma, ekoloji amillər bütün orqanlara, o cümlədən də gözlərin sağlamlığına mənfi təsir göstərir. Amma elə meyvə və tərəvəzlər var ki, görmənin keyfiyyətini artırır.

Göz sağlamlığı üçün A, S, E vitaminləri, beta-karotinlə zəngin qidalara üstünlük vermək lazımdır. Onlar xüsusilə gözün torlu qişası və digər funksiyalar üçün faydalıdır.

Həkimlər qeyd edirlər ki, sadəcə yerkökü yemək yaxşı görmə üçün kifayət deyil. A vitamini qaynağı olan köklə yanaşı, Omeqa-3, Omeqa-6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Qırmızı istiot və ispanaqda olan A vitamini xüsusilə gözün gecəgörmə qabiliyyəti müqavimətini artırır. Qaragilə, eyni zamanda, şirin kartofda olan S vitamini göz üçün faydalıdır. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq torlu qişa və hüceyrə membranını qoruyur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir