qadin goz yaslari

Göz yaşları qadının silahıdır? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 2. 032

Tez-tez hansısa qadın haqqında ”filankəsin gözünün suyu ovcundadır” deyə eşidirik. Bizim cəmiyyətdə göz yasları xüsusən qadinlara xas olan bir xüsusiyyətdir. Ağlamaq bəzən zəiflik, iradəsizlik, qorxaqlıq mənasında da anlaşılır. Qadinların göz yaslarının bir neçə səbəbi vardır.

Psixoloq Günel Hüseynli məsələyə münasibət bildirərkən bu səbəblərə aydınlıq gətirdi.

Related image

– Bildiyimiz kimi, orqanizm tam bir vəhdət halında çalışır. Keçirilən hər hansı sarsıntı, ani yaranan emosiyalar qadınlarda daha tez özünü büruzə verir. Yaranan bu emosiyalara qadınlar əksərən göz yasları ilə cavab verirlər. Lakin bəzi qadınlar göz yaşından silah kimi istifadə etməklə qarşı tərəfə təsir göstərməyə çalışırlar. Ancaq bu zaman qadınlar özləri də bilmədən ”zəif tərəflərini” göstərmiş olurlar. Bu isə gələcəkdə qarşı tərəfin ”zəif tərəflərdən” sui-istifadə etməsinə səbəb olur. Emosionallıq qadınların təbiətinə xas olan bir xüsusiyyətdir. Lakin bu emosionallığa müəyyən məhdudiyyətlər qoyulmasa qarşı tərəfdən qadına qarşı inamsızlıq hissi bas qaldırar. Belə ki, hər şeyə ağlayaraq reaksiya verən bir qadını kimsə dinləmək istəməz və bəzən onun söylədiklərinin tamamilə yalan olduğu düşünülər. Hətta sonralar ciddi bir məsələ olsa belə, yenə vəziyyət dəyişməyəcək. Hələ bu azmış kimi qarşı tərəf qadının hərəkətlərinə məna verə bilmədiyi üçün onu haqsız sayacaqdır.

Bundan başqa, həyat yoldaşı emosional olan qadınlar da var. Belə qadinlar göz yasları ilə yoldaşlarına təsir etməyə çalışır və ilk vaxtlar məqsədlərinə nail olurlar. Lakin bu hal bir müddət sonra ailədə çox ciddi problemlər baş qaldırır.

Emosiyalar hər bir insan da vardır. Lakin bu emosiyaları qabariq şəkildə, lazimsiz zamanda büruzə vermək yerinə hisləri təbii axarına buraxmaq daha münasib olardı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir