goz

Gözdə səyrimənin səbəbləri

Baxış sayı: 1. 164

El arasında gözdə səyrimə deyilən halla yəqin çoxları rastlaşır. Göz səyriməsi-gözün üst və alt qapaqlarının titrəməsi kənardan çox zaman hiss olunmayan, sadəcə, insanın özünün duyduğu əzələ spazmasıdır. Bu halla qarşılaşanlar uzun zaman davam edən səyrimənin çox cansıxıcı bir hal olduğunu bilirlər. Bu spazmalar bir neçə dəqiqədən bir neçə saata, bəzən günlərlə, hətta aylarla davam edir.

Əgər uzun zaman davam edərsə, buna etinasız yanaşmaq olmaz. Bu, gözdə və ya digər orqanlarda baş verən problemlərin əlaməti də ola bilər.

 

Bəs səyrimə nədən yaranır?

Səbəb olan amillər içərisində birinci yerdə stresslər gəlir. Daha sonra çoxlu miqdarda kofein qəbulu, göz quruluğu, B12 vitamininin çatışmazlığı, göz yorğunluğu, allergiyalar və s. səbəb olan amillər kimi sadalanır.

Göz səyriməsini aradan qaldırmaq üçün normal yuxu, idman etməyi alışqanlıq halına gətirmək, qəhvə və su qəbulunu azaltmaq, B 12 vitaminini azlığını aradan qaldırmaq, sağlam şəkildə qidalanmaq tövsiyə olunur.

Səyriməni sakitləşdirmək üçün göz qapaqlarına qısa müddətli buz qoymaq və qapaqları astaca basmaq da olar.

Əgər səyrimə ilə yanaşı gözdə xroniki olaraq qızarma, şiş, qapaqda sallanma kimi hallar varsa, səyrimə üzün bir başqa hissəsində də yaranıbsa, mütləq həkimə müraciət etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir