goz qelemi

Gözləri önə çəkmək üçün necə makiyaj etməli?

Baxış sayı: 1. 272

Qaşları vurğulayın

Qaşlarınızı vurğulayaraq üz xəttlərinizi ortaya çıxara bilər, üzünüzü daha simmetrik hala gətirə bilərsiniz. Qaşlar bütün göz ətrafını genişlədə bilər, üzünüzü daha geniş, ya da kiçik göstərə bilər.

 

Ağ göz qələmi çəkin

Gözlərinin canlı və parlaq görünməsini istəyirsinizsə kirpiklərinizin diblərinə, iç qisimlərə ağ göz qələmi tətbiq edin.

 

İşıqlandırıcı istifadə edin

Gözlərinizi parlaq göstərmək üçün işıqlandırıcı ya da inci rəngində göz teni istifadə edin. İşıqlandırıcını qaş sümüyünüzə, göz qapaqlarınızın iç künclərinə və göz qapağınızın mərkəzinə çəkin.

Kirpiklərinizi burun

Kirpiklərinizin çox düz olduğunu düşünürsünüzsə kirpik qayçısıyla burduqdan sonra tuş tətbiq edin. Bu gözlərinin daha iri görünməsini təmin edəcək.

Bej göz teni tətbiq edin

Göz qapağınıza bej teni çəkdikdən sonra xarici künclərə doğru tündləşdirin. Göz çuxurlarınıza təkrar açıq rəng çəkin.

Göz qapaqlarını tündləşdirin

Göz qapaqlarınızı tündləşdirmək gözlərinizi daha cazibədar göstərəcək.

 

Mavi tei gözlərinizi parlaq göstərər

Yaşıl, qəhvərəngi ya da mavi gözlərin varsa mavi göz teni baxışlarınızı daha dərin və cazibədar hala gətirəcək.

 

Rənglərdən qorxmayın

Rəngarəng göz teni istifadə etməkdən qorxmayın. Rənglər gözlərinizi daha diqqət çəkən hala gətirəcək. Xüsusilə gözlərinin rəngində bir göz teni istifadə etsəniz möhtəşəm bir nəticə əldə edərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir