Yeni tanıdığınız insanlara etibar etməkdə çətinlik çəkirsiniz? Unutmayın ki, gözlər qəlbin aynasıdır. Yəni, təkcə gözlərə baxmaqla insanın ağlından keçən fikirlər haqqında az da olsa, məlumat toplaya bilərsiniz.
“Gencaile.az” “Publika.az”-a istinadən göz formalarına görə, xarakter analizini təqdim edir:
Kiçik qıyıq gözlər:
Sirr saxlamağı bacarır. Onun xəyali divarlarını aşmaq çox çətindir, hər insanla münasibət qurmur. Ancaq bir dəfə güvənməyə başlasa, çox yaxşı dost və ya aşiq olar. Sadiqdir.
Böyük göz bəbəkləri:
Onun öz dünyası var. Fikrə gedir, yalnız qalmağa ehtiyac hiss edir. Özü haqqında danışmağı xoşlamır. Onun haqqında informasiyanı çox çətinliklə əldə edə bilərsiniz. Mükəmməllik axtarışındadır.
Kiçik göz bəbəkləri:
Əsəbidir. Ən kiçik səhviniz onu özündən çıxara bilər. Qapalı insandır. Depressiyaya meyllidir.
Böyük gözlər:
Tolerantdır. Səhvlərinizi üzünüzə vurmaz. Hər fikrə açıqdır. Yeniliklərə tez adaptasiya olur. Azadlığına düşkündür.