gul buketi piroqu

Gül buketi piroqu necə hazırlanır?

Baxış sayı: 842

Tərkibi:

1 paket hazır qat-qat xəmir

200 q quru lobya (yaxud buğda, noxud, yük üçün)

4 rəngbərəng yerkökü

2 qabaq (ağ və yaşıl)

350 q rikotta (yaxud kəsmik)

2 yumurta

80 q parmezan (yaxud holland pendiri)

2 x.q. zeytun yağı

130 q motsarella

1 çimdik muskat cevizi

1 ç. q. oreqano, yaxud reyhan

 

Hazırlanması:

Xəmiri formanın içinə yerləşdirin. Artığını kəsin.

Üzərinə perqament çəkin. Perqamentin üstünə quru lobya, yaxud buğda tökün. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Piroqun dibi hamar olacaq, kənarları isə bir qədər qalxacaq.

Sobadan çıxarıb soyudun, perqamenti üstündəki yüklə birlikdə götürüb kənara qoyun.

Qabda rikotta, yumurta, parmezan, muskat cevizi, oreqano və motsarellanı eynicinsli kütlə alınanadək qarışdırın. Azca duz da qatmaq olar.

Yerkökü və qabaqları napnazik uzun şəridlərə doğrayın. Əgər doğramazdan əvvəl 1 dəqiqə mikrodalğalı sobada saxlasanız, doğramaq lap asan olar.

Yumurta-kəsmik qarışığını piroqun üzərinə yayın.

Tərəvəz şəridlərini büküb qızılgül formasına salın. “Gül”lərdən birini piroqun ortasına qoyun, qalanını isə ətrafına düzün.

Fırçanı zeytun yağına batırıb “gülləri” yağlayın.

200 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir