yemeye ne var

Gülkələmli keks belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 641

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə gülkələmli keksin hazırlanma qaydasını təqdim edəcəyik.

 

Lazım olan ərzaqlar

400 q gülkələmi

1 ədəd soğan

1 ədəd bişirilmiş toyuq döşü

3 ədəd yumurta

¾ stəkan süd

½ stəkan zeytun yağı

un

100 q pendir

duz

istiot

1 paket qabartma tozu

 gulkelemli keks

Hazırlanma qaydası

Gül kələminin çiçəklərini ayırın. Kiçik -kiçik doğrayıb bir qazana yığın. Üzərinə su əlavə edib gül kələmləri bir azca yumşalana qədər, yəni 4-5 dəqiqə bişirinb süzün. Soğanları soyun və incə-incə doğrayın. Yumurtaları bir qabın içərisində yüngülcə çırpın. İçərisinə duru yağ və südü əlavə edin. Un və qabartma tozunu ələyərək südün içərisinə qatıb bir keks xəmiri əldə edin. Xəmirin içərisinə gül kələmini, soğanı , istərsəniz də toyuq döşü və ya pendir də əlavə edə bilərsiniz. Son olaraq duz və istiotunu atın. Gözəlcə qarışdırın. Poğaça xəmirini yağlı kağız sərdiyiniz bir keks qəlibinin içinə alın. 180 dərəcədə bişirin. Bişdikdən sonra çıxarın və bir az dincə qoyun. Ardından dilimləyərək servis edin.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir