Gülləri sevməmək mümkün deyil. Bu, xüsusilə də qadınlara aiddir. Lakin cinsindən asılı olmayaraq, kimi güllərə baxmaqdan zövq alır, kimi onların ətrini bəyənir, kimi də onlara qulluq etməyi xoşlayır. Lakin elə güllər var ki, insan həyatı üçün təhlükə mənbəyidir.
Xanımotu (“Belladonna”) – Bu bitki şeytan giləmeyvəsi kimi də tanınır. Bu gülün hər bir hissəsi – çiçəyi, yarpağı, kökü, giləmeyvəsi – olduqca zəhərlədir. Xanımotu tənəffüs sisteminin işini pozur və ürək dayanmasına səbəb olur. Vaxtilə qadınlar gözlərə xüsusi parıltı vermək məqsədilə xanımotunun şirəsindən istifadə edirdilər.
Krokus və ya payız zəfəranı – Dünyada ən təhlükəli bitkilərdən biri. Krokusun zəhərinin əleyhinə heç bir vasitə yoxdur. Bu bitki insanda qan təzyiqinin kritik həddə düşməsinə və ürək dayanmasına səbəb olur.
Çiçəklənən tatla (dəli bəng, bihuşdarı da deyilir) və ya mələk borusu – Bu gülün tozları yaddaş pozuntusuna gətirib çıxara bilir. Uzun müddət Avropada bu gülü zəhərləmək və intihar məqsədilə yetişdiriblər.
Üskükotu – Bu bitkidən bacardığınız qədər uzaq durun. Üskükotundan tibb sahəsində istifadə olunsa da, bu bitkinin yüksək dozası ölümə səbəb ola bilər. Üskükotu, əsasən, uşaqlar və ev heyvanları üçün təhlükəlidir.
Tiryək laləsi – Bu bitkidən ağrıkəsici və yuxuverici preparatlar istehsal olunsa da, onun böyük həcmdə süd şirələri zəhərlidir. ağciyərlərin imtinasına və ürək dayanmasına səbəb ola bilər.
Baldırğan – Xeyli miqdarda alkaloid tərkibli bu zəhərli çiçəklər insanın sinir sisteminə təsir edərək ölüm təhlükəsi saçır. Qədim yunan filosofu Sokratı məhz bu bitkinin zəhəri ilə öldürüblər.
İnciçiçəyi – İnciçiçəkləri çox gözəldirlər, lakin göründükləri kimi zərərsiz deyillər. Bu zəhərli bitkinin tərkibindəki qlikozidlər ürək xəstəliklərinə, ürəyin normal fəaliyyətinin pozulmasına səbəb olur.
Canavar giləmeyvəsi (“Daphne”) – Çox gözəl ətri var. Lakin bu, gözəllik aşiqləri üçün əsl tələdir. Bu hiyləgər bitki öz ətri ilə sizi zəhərli giləmeyvələrinə yaxınlaşdırmaq istəyir. Bu giləmeyvələrdən yeyən insan ya komaya düşəcək, ya da öləcək.
Oleandr – Subtropik iqlimdə, o cümlədən Qafqazın Qara dəniz sahillərində geniş yayılıb. Bu kol bitkisi eyni vaxtda həzm, sinir və ürək-damar sistemlərinə mənfi təsir edir, hətta ölümə yol aça bilir.
Südləyən (“Puansettia”) – Bu çiçək siyahıda olan digər bitkilərlə müqayisədə elə də təhlükəli deyil. Lakin onun süd şirəsi davamlı qusma ilə nəticələnən ağır zəhərlənməyə səbəb olur. Uşaqlardan və ev heyvanlarından uzaq saxlamaq tövsiyə olunur.