Gulnare Cebiyeva

Gülnarə Cəbiyeva – Maarifçilik və təhsilə həsr olunan fəaliyyət

Baxış sayı: 335

Gülnarə İlham qızı Cəbiyeva 1986-cı il 13 oktyabrda Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndində anadan olub. O, Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsini bitirib və təhsil sahəsində geniş fəaliyyət göstərib.

Tələbəlik illərindən aktiv fəaliyyət göstərən Gülnarə xanım, 2006-cı ildə “Naxçıvanın Səsi” radiosunda aparıcı vəzifəsində çalışmış, 2008-ci ildə doğulub boya-başa çatdığı Bənəniyar kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. Bununla yanaşı, onun mətbuatda bir sıra məqalə və şeirləri dərc olunmuşdur.

Hazırda Bakı şəhərində yerləşən TelanGroup MMC-nin təsisçisi və direktoru olan Gülnarə xanım, uzun illərdir pedaqoji sahədə çalışaraq yüzlərlə şagirdin bilik və bacarıqlarının inkişafına töhfə vermişdir. O, təkcə müəllim deyil, həm də maarifçilik missiyasını öz üzərinə götürən bir ziyalıdır.

Gülnarə xanım müxtəlif təhsil forumlarında, təlim və seminarlarda, şəxsi inkişaf proqramlarında iştirak edərək beynəlxalq dərəcəli təlimçi-mentor sertifikatlarına yiyələnmişdir. O, pedaqoji fəaliyyətini yalnız öz təhsil mərkəzində deyil, həm də məktəblərlə əlaqə yaradaraq şagirdlərlə psixoloji görüşlər keçirməklə genişləndirir. Gənclərin mənəvi inkişafına xüsusi önəm verən Gülnarə xanım nailiyyətlərində “TELAN ailəsi” adlandırdığı savadlı və məsuliyyətli kollektivinin  böyük rolu olduğunu hər zaman vurğulayır. Uğurları yalnız öz uğuru deyil, kollektivi ilə birlikdə əldə etdiyini çıxışlarında bildirir.

Təsis etdiyi TELAN Təlim-Tədris Nitq İnkişaf Mərkəzi, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşir və geniş fəaliyyət sahəsinə malikdir. Burada:

Mini bağça

Abituriyent hazırlığı və təkmilləşdirmə kursları

İbtidai sinif hazırlıqları

Xarici dil kursları

Peşə kursları (Dərzilik, Bərbərlik, Kompüter, 1C proqramlarının öyrədilməsi, Şahmat, Rəsm, Rəqs)

Psixoloq və loqoped xidmətləri kimi proqramlar fəaliyyət göstərir.

Bundan əlavə, Gülnarə xanım onlayn tədris sistemini quraraq, dünyanın harasında olursa olsun, hər kəsin bu sistem vasitəsilə keyfiyyətli təhsil almasına şərait yaratmışdır. “TDS” ifadəsi tez-tez onun fəaliyyətində rast gəlinən bir simvoldur. Bu, həm övladlarının adlarının baş hərflərini əks etdirir, həm də “Təhsil Daima Sizinlədir” fikrini ifadə edir.

Bundan əlavə, “TELAN” sözünün mənası təkcə onun övladının adı ilə bağlı deyil, eyni zamanda “Təhsil, Elm, Ləyaqət, Azərbaycan Naminə” şüarını özündə birləşdirir.

Gülnarə xanım, pedaqoji yanaşması ilə müəllimlik peşəsinin sadəcə bilik ötürməkdən ibarət olmadığını vurğulayır. O, hesab edir ki, müəllim eyni zamanda şagirdlərinə həyat, nəzakət və biznes  dərsləri də verməlidir.

Şəhid ailələrinə xüsusi qayğı ilə yanaşaraq, onların ziyarətini və sosial dəstəyini daim diqqət mərkəzində saxlayan Gülnarə xanım, 1 kitabın müəllifi və 5 kitabın redaktorudur.

Fəaliyyətini daim inkişaf etdirən və genişləndirən Gülnarə Cəbiyeva, müəllimliyi yalnız peşə deyil, həyatın mənası kimi qəbul edir və gələcək nəsillərə biliklə yanaşı, mənəvi dəyərlər aşılamağı özünə missiya bilir.

Gülnarə xanıma bu müqəddəs maarifçilik yolunda uğurlar arzulayırıq.

 

İbrahim Yusifoğlu

Şair publisist AYB nin və AJB nin üzvü, prezident təqaüdçüsü,AMEA- nın N.Gəncəvi adına ədəbiyyat institutunun əməkdaşı




1 şərh “Gülnarə Cəbiyeva – Maarifçilik və təhsilə həsr olunan fəaliyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir