12002859_533444246805758_422764399907557068_n

Gülüş yaddaşı gücləndirir

Baxış sayı: 1. 618

Yaşlı insanlar komediya filmlərinə baxandan sonra informasiyanı daha yaxşı yadda saxlayırlar. Alimlər belə qənaətə gəliblər. Bundan əlavə gülüş stres hormonu olan kortizol istehsalını da azaldır. Məhz bu hormon yaddaşa mənfi təsir edir.
Kaliforniya universitetinin alimləri bunu müəyyən etmək üçün könüllülər üzərində təcrübə keçiriblər. Belə ki, 20 sağlam insandan 20 dəqiqə ərzində gülməli filmə və ya proqrama baxmaq xahiş edilib. İkinci qrupda olan 20 nəfər isə heç bir şeyə baxmadan gözləyiblər.
Daha sonra hər iki qrup yaddaş testindən keçib, analizlər veriblər. Komediyaya baxan iştirakçıların nəticələri daha yaxşı olub. Belə ki, gülən şəxslərdə stres hormonları əhəmiyyətli dərəcədə az olub.
Gülüş orqanizmdə endorfin hormonunu artırır. Nəticədə beynə gedən və insana xoşbəxtlik hissi verən dopamin hormonunun səviyyəsi artır. Bütün bunlar isə beynin fəaliyyətinə yaxşı təsir edir və yaddaşı qoruyur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir