Gün ərzində yeyilən 1 avokado ürək sağlamlığına mənfi təsir edən xolesterinin miqdarını azalda bilər.
“Gencaile.az”-ın “EurekAlert”ə istinadla məlumatına görə, meyvə faydalı yağların, karotinoid və digər qidalandırıcı maddələrin mənbəyi sayılır.
Nəticə Pensilvaniya ştatının universitetlərindən birinin tədqiqatçılarının apardığı araşdırma sayəsində məlum olub.
Araşdırmaya kökəlmədən əziyyət çəkən 45 iştirakçı cəlb edilib. Onların qidalanması 3 versiyada olub-az yağlı pəhriz, orta yağlı pəhriz və gün ərzində 1avokadonun istifadəsini nəzərdə tutan orta yağlı pəhriz.
5 həftəlik pəhrizdən sonra məlum olub ki, faydalı meyvədən istifadə edən iştirakçılarda lipoprotein, antioksidant və lüteinin miqdarı artıb.
Qeyd edək ki, avokado göz sağlamlığı üçün xüsusi əhəmiyyətə malik karotinlə də zəngindir.