Adətən ilin digər mövsümləri ilə müqayisədə yayda çox makiyaja ehtiyac olmur. Amma yenə də daha rəngli və baxımlı görünmək istəyirik. Bunun üçün də yüngül makiyaj köməyimizə gəlir. Həm də, belə makiyaj üsulu çox da vaxt aparmır. Biz də sizə yayda gündəlik olaraq etməyiniz üçün həm gözəl, həm yüngül, həm də effektli 2 makiyaj üsulu təqdim edirik.
Boz və mavi gözlər üçün makiyaj
1. Üzdə olan problemləri örtmək üçün işə korrektor ilə başlamaq lazımdır. Korrektor ilə həmin problemli hissələri bağlayın. Daha sonra isə üzünüzə uyğun yüngül tərkibli tonal kremdən istifadə edin.
2. Qaşlarınızı vurğulamaq üçün tünd rəngli kölgə çəkin. Daha sonra isə şəffaf gel ilə onu formaya salın.
3. Göz qapaqlarınıza açıq çəhrayı rəngli göz kölgəsi çəkib, onu tam olaraq yayın.
4. Kipriklərinizə tuş çəkin.
5. Mat ənlik çəkin. Çünki mat ənlik yayda yağlılıq yaratmır və uzun müddət qalır.
6. Dodaqlarınıza dodaq parıldadıcısı tətbiq edin.
Yaşıl gözlər üçün makiyaj
1. Çatışmazlıqları və problemləri yenə də, korrektor vasitəsilə örtün. Gözaltındakı qara hissələri üçbucaq formasında çəkərək yox edin. Lazım gələrsə üzə əsas və tonal krem çəkin.
2. Fırça vasitəsilə dərinizə uyğun ənliyi bərabər miqdarda yanaqlarınıza tətbiq edin.
3. Gözlərinizin uclarına göz qələmi çəkin.
4. Kipriklərinizi tuşla vurğulayın.
5. Sonda isə ya dodaq parladıcısı, ya da ki, şaftalı çalarında dodaq boyasını barmağınız və yaxud da, fırça vasitəsilə dodağınıza çəkin.