qadin

“Gündəlik yay makiyajı trendi”

Baxış sayı: 1. 590

Yay elə bir fəsildir ki, havanın istiliyi maksimum makiyaj tələb edir. Amma təəssüf ki, bu hal bizim ölkəyə xarakterik hal deyil. Gözəllik və canlılıq çox makiyajda deyil. Daha gözəl, freş görünməyin sirri düzgün seçilmiş məhsullarda və yerində edilmiş makiyajdadır. Biz də siz izləyicilərimizə makiyaj və gözəllik sahəsində öz işinin bilicisi olan bloqerimiz Aliya Rouge-la birlikdə “Gündəlik yay makiyajı trendi” layihəmizi hazırladıq.

Layihəmizi üç müxtəlif xanımın üzərində sizə təqdim edirik.

Aliya Rouge trendə uyğun olaraq ilk makiyajını rəngli, əlvan yay makiyajından yana etdi. Bu makiyajı layihəmizdə bizə dəstək olan radio aparıcı,  gənc youtuber xanım Turanə Hüseynli ilə həyata keçirdik. Heç makiyaj yoxmuş kimi görünsə də, bir o qədər də canlı, parlaq makiyaj ortaya çıxdı. Rəngli, əlvan yay makiyajının məxsusiliyi az məhsulla maksimum parlaq və canlı görünməyin mümkünlüyüdür. Bunun üçün Aliyə üzdəki rəng bərabərsizliyini aradan qaldırdı, göz qapaqlarına parlaq şampan çalarında kölgə tətbiq etdi, bol-bol parladıcı (highlighter) istifadə edərək lazım olan hissələri qabarıq göstərdi, qırmızı dodaq boyasını isə öyrəşdiyimizin əksi olaraq dodaqlarda yox, yanaqlarda ənlik kimi istifadə etdi. Ortaya isə sadə və eyni zamanda parlaq makiyaj çıxdı.

Layihəmizin ikinci qəhrəmanı isə rəngli gözlərə sahib olduğundan ona rəngli gözlərdə parlaq smokey eyes makiyajı edildi. Gündəlik makiyajda smokey eyes etmək bir az çətin iş olduğundan, Aliyə məhz yayın trend makiyajlarında bunun sadə, qabarıq olmayan yolunu göstərdi. Bunun üçün gözlərin içərisinə qara qələm tətbiq edilib, yayıldı. Və təbii ki, bol parladıcı (highlighter) istifadə olundu. Bu makiyajda sadəcə gözlər diqqət mərkəzində oldu.

Üçüncü qəhrəmanımız isə “Parcha” və “Home Studio”nun yaradıcısı Aysel Sadiqova oldu. Ayselin makiyajında isə məqsəd az məhsulla maksimum sağlam, canlı görüntü əldə etmək idi. Bunun üçün Aliyə Ayselin tünd göz altlarını örtmək üçün qırmızı dodaq boyasından istifadə etdi və dodaq boyasını göz altlarına tətbiq etdi. Daha sonra gözlərə bordo çalarında göz kölgəsi istifadə etdi.

Layihəmizin məqsədi, xanımlar, gözəlliyinizi həddən artıq çox kosmetik vasitələrlə məhv etməməyinizi və az məhsulla sadə, eyni zamanda daha gözalıcı görünə biləcəyinizi sizə bir daha göstərmək idi. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir