Sağlam həyatın əsas amillərindən olab günəş şüaları həddindən artıq olduqda və əlverişsiz şərtlərdə sağlamlıq, hətta həyat üçün təhlükəli olan problemlər yarada bilər.
Həddindən artıq ultrabənövşəyi şüalar gözün buynuzlu qişasında zədələnmələrə, katarakta, sarı nöqtə kimi göz xəstəliklərinin yaranmasına səbəb ola bilər. Göz xəstəlikləri üzrə mütəxəssis dos. dr. Tuğrul Altanın fikrincə, birbaşa günəş şüalarından qorunmağın ən yaxşı yolu qoruyucu şlyapadan istifadə etməkdir.
Həmçinin günəş şüalarının sıx, əks olunan miqdarının normadan artıq olduğu sahillərdə mütləq gözü əhatə edən, 100 faiz ultrabənövşəyi şüalardan qoruduğuna dair sertifikatı olan gün eynəklərindən istifadə olunmalıdır. Eyni zamanda günəş şüalarının perpendikulyar olaraq düşdüyü 10-16.00 saatlarında günəş şüalarına məruz qalmamaq arzu olunmayan təsirlərin azaldılmasında əsas faktorlardandır.
Günəş şüaları səbəbilə günəş ləkələri, dəri qırışıqlıqları kimi problemlərlə yanaşı xərçəng yarada bilən dəyişikliklər də müşahidə oluna bilər. Bədxassəli əlamətlər yeni yaranan və böyüyən, qanayan, rəng dəyişikliyinə məruz qalan, kipriklərdə tökülmə əmələ gətirən kütlə şəklində də özünü büruzə verə bilər.
Günəş şüaları ilə bağlı digər bir təsir də göz ağı üzərində qızartı və qabarıqlıq əmələ gətirən pingekula və piterigium kimi əlamətlərdir. Piterigium gözün şəffaf təbəqəsinə doğru irəliləyərək görməni azalda biləcək təsir yarada bilər, pingekula isə göz ağı üzərində məhdudlaşır. Hər iki halda gözdə qızartı, yanma, batma kimi şikayətlər olur.
Həddindən artıq günəş görmə itkisinə səbəb ola bilər
Həddindən artıq ultrabənövşəyi şüalar gözün xarici şəffaf təbəqəsi olan göz qişasında zədələnmələrə səbəb ola bilər. Bu da müvəqqəti görmə itkisi, gözdə yanma, batma və şiddətli ağrılar şəklində özünü göstərə bilər. Daha çok xizəkçilərdə, xizək sürənlərdə və bronzlaşma tətbiq olunan insanlarda müşahidə olunur. Müalicə ilə adətən 1 gün ərzində sağalır.
Ultrabənövşəyi şüalar katarakta yarada bilər
Təbii göz linzalarının şəffaflığının itirməsi olan kataraktanın yaranmasında ultrabənövşəyi şüaların rolu vardır. Kataraktanın müalicə oluna bilən görmə itkisinin ən önəmli amillərindən biri olduğu nəzərə alınarsa, ultrabənövşəyi şüalarda qorunmağın nə qədər vacib olduğu məlum olur.
60 yaşdan yuxarı insanlarda görmə itkisinin ən əsas səbəblərindən biri olan makula degenerasiyasının (sarı nöqtə xəstəliyi) yaranmasında bir çox faktorun rolu vardır. Ultrabənövşəyi şüalardan da bu faktorlardan biridir. Hər nə qədər göz qişası və linza sarı nöqtəyə ultrabənövşəyi şüaların enerjisinin çatmasının qarşısını əhəmiyyətli dərəcədə alsa da, davamlı bu şüalara məruz qalma uzun müddət ərzində toksik təsir yarada bilər.