yuxu

Günorta yatmaq insult riskini artırır – XƏBƏRDARLIQ

Baxış sayı: 993

lm adamları günorta yatmağın öldürücü təsirindən danışıb. “Gencaile.az” saytı xəbər verir ki, Çinin Uxan Universitetinin alimləri bu barədə xəbərdarlıq edib.

Onlar hesab edir ki, günorta, eyni zamanda 9 saatdan artıq yatmaq insult riskini artırır.

6 il davam edən tədqiqatda 31 750 çinli iştirak edib. Onların orta yaş göstəricisi isə 62 olub. İştirakçılardan 1557-də insult halına rast gəlinib.

Onların 8%-i 90 dəqiqə və daha çox, 24%-i isə 9 saat və daha artıq yatıb. Sonuncularda insult riski 23% çox olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir