gunvurma

Günvurmadan qorunmaq üçün bunları edin

Baxış sayı: 781

Günvurma yay fəslində ən çox rast gəlinən haldır. “Gencaile.az” saytı  Türkiyə mətbuatına istinadən günvurmadan qorunmaq üçün bəzi tövsiyələr verəcək.

İlk onu qeyd edək ki, Günəşin ən qızmar olduğu saatları bayırda qalmamağa çalışın.

Gündəlik 2 litr sərin su içməyi adət halına gətirin. Geyim olaraq nazik və açıq rəngli kətan parçadan tikilmiş paltarlara üstünlük verin.

Bədəni sərinləşdirən ərzaqlardan daha çox istifadə edin.

Çiyələk – yaz aylarında çiyələyi tək, qatıqla qarışdıraraq və ya smuzi edərək yeyə bilərsiniz. Bu meyvə bədəni sərinlədir, istilik səbəbilə artan qan təzyiqini normallaşdırır.

Xiyar – lifli tərəvəz olduğu üçün toxluq hissi verir. Bundan başqa, tərkibinin yarısından çoxunu su təşkil etdiyi üçün susuzluq hissini azaldır.

Qarpız – qan təzyiqini tənzimləyən qarpız yayda ən çox yeyilən giləmeyvədir. Tərkibinin çox hissəsi su olduğu üçün susuzluğu yatırır.

Nanə – ürəkbulanmasına qarşı çox faydalıdır. Sakitləşdirici təsirə malikdir. Buz və nanə əlavə olunmuş bir stəkan ayran sərinləmək üçün ən ideal yay içkisidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir