1. Malmaison Hotel (Oksford, İngiltərə)
Şəhərin keçmiş türməsi hal-hazırda otel kimi fəliyyət göstərir və dəbdəbəli görünüşü ilə qonaqların zövqünü oxşayır. Keçmişdə məhkumların yalnız xəyal edə bildikləri dəbdəbə hal-hazırdan reallığa çevrilmişdir. Otel nəinki görünüşü, eyni zamanda hər biri öz interyeri ilə göz oxşayan yüzə yaxın otaq və hər zaman qonaqların xidmətində olan barları ilə diqqəti cəlb edir.
2. Jules` Undersea Lodge (Florida ştatı, ABŞ)
Florida ştatının sualtı Ki-Largo parkında yerləşən sualtı otel ilk dövrlərdə elmi-tədqiqat laboratoriyası kimi fəaliyyət göstərmişdir. Otel torpaq səthindən 6 metr dərinlikdə yerləşir. Oteldə qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlarda duş, mikrodalğalı soba və soyuducu var. Qonaqlar sualtı oteldə illuminatorlardan (girdə pəncərə) mələk balığı, tutuquşu balığı, barakuda balığı və xanı balığını seyr etməkdən zövq alırlar.
3. Das Park Hotel (Avstriya)
Otel qonaqlarına Dunay çayının sahilində, beton boruda gecələmək imkanı verir. Diametri 2 metrə, hündürlüyü isə 2.5 metrə çatan boru pəncərə və qapılarla təchiz olunmuşdur. Digər otellərdən fərqli olaraq, burada qonaqlar xidmət üçün ödəyəcəkləri məbləği özləri müəyyən edirlər.
4. Kakslauttanen oteli (Finlandiya)
Təbiət hadisələrini sevən insanlar üçün buzdan hazırlanmış evin üzərinə düşən gün işığı əsl təbiət möcüzəsinə bərabərdir. Qütb dairəsindən yuxarıda yerləşən Şimali Finlandiyada buz və şüşədən hazırlanmış ev olduqca rahatdır və burada temperatur o dərəcədə də aşağı deyil. Doğrudur, hər kəsdən uzaqlaşmaq, yalnız qalmaq istəyən insanların bu məkanı seçməsi məsləhət görülməsə də, məkana gələn qonaqların sayı ilbəil artmaqdadır.
5. Utter İnn (İsveç)
Otelin dizaynı İsveç rəssamına aiddir. Otel Stoqholm şəhərinin yaxınlığında, Malaren gölündə yerləşir. Görünüşü ilə sanki kiçik sarayı xatırladır. Tikilinin döşəməsində lyuk yerləşir. Qonaqlar lyuku açıb, metal pilləkənlərdən enərək onlar üçün nəzərdə tutulmuş yataq otağına daxil olurlar. Yataq otağı suyun altında yerləşir və sukeçirməzlik xüsusiyyətinə malikdir.
6. Buzdan hazırlanmış otel (İsveç)
Bura gedərkən turistlərə qalın geyinmək tövsiyə olunur. İsveçin “Jukkasjarvi” ərazisində qışda temperatur mənfi 35 dərəcə olur. Otelin 59 otağında kinoteatr, sauna, rəsm qalereyası, kiçik kilsə və spirtli içkilərin təqdim olunduğu bar var. Buzdan hazırlanmış döşək üzərində yatmaq siz təsəvvür etdiyiniz qədər soyuq deyil. Belə ki, çarpayı tamamilə maral dərisi ilə örtülmüşdür. Yataq dəyişəyi əvəzinə isə burada yuxu torbalarından istifadə olunmuşdur.
7. Luxury Resort San-Angelo (İtaliya)
Matera şəhərində yerləşən 4 ulduzlu otel müasir dövrdə belə keçmişin izlərini daşıyır. Belə ki, yalnız bu oteldə qonaqlar 9 min il bundan əvvəl yaşamış qədim əcdadları kimi mağarada yaşayırlar. Qaya üzərində tikilmiş qədim tövlə və karxanalar hal-hazırda otel nömrələri, restoran və rəsm qalereyası kimi qonaqların istifadəsinə verilir.
8. Yurt Hotel (İspaniya)
Otel Andalusianın ən gözəl hissəsində, zeytun ağaclarının arasında yerləşir. Burada qonaqlar sübh tezdən quşların şən nəğmələrinin səsi ilə oyanır, gecə isə dağların əsrarəngiz mənzərəsini seyr edərək yuxuya gedirlər.
9. Hotel Monasterio (Peru)
Otel Kusko şəhərində, XVI əsrə aid monastırın yerində, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşir. Otelin mövqeyi qonaqlar üçün heç bir problem yaratmasın deyə, otelin bütün otaqlarına xüsusi sistemin köməyi ilə oksigen verilir. Məkanın qonaqları sırasında Leonardo DiKaprio, Ceyn Fonda kimi məşhurların adını çəkmək olar.
10. Landry Cabanes du Bois (Fransa)
Parisdən 90 dəq.lik məsafədə yerləşən “Bois de Landry” ərazisindəki evlər palıd ağacının dirəkləri üzərində inşa olunmuşdur. Ağacdan hazırlanmış bu evləri ip körpülər və pilləkənlər birləşdirir. Otelin qonaqlarını təbiətə daha da yaxınlaşdırmaq üçün burada elektrik enerjisi və su kəməri mövcud deyil.