Nurane Serifova 2

Həddindən artıq qoruyucu valideynlik: Uşağın inkişafına görünməz təsirlər - "SEANS VAXTI"

Baxış sayı: 370

Müasir dövrdə valideynlər uşaqlarını təhlükələrdən qorumağa daha çox çalışırlar. Lakin bəzən bu qoruma həddi aşır və uşağın psixoloji inkişafına mane olur. Həddindən artıq qoruyucu valideynlik – uşağın müstəqil qərar verməsinə, risk qiymətləndirməsinə və problem həll etməsinə imkan verməyən tərbiyə modelidir.

 

Həddindən artıq qoruyucu valideynlik nədir?

Bu tip valideynlikdə ana və ya ata:

Uşağın yerinə qərar verir

Onun yerinə tapşırıqları icra edir

Hər münaqişəyə müdaxilə edir

Kiçik riskləri belə təhlükə kimi qəbul edir

Uşağın emosional çətinlik yaşamasına imkan vermir

Niyyət adətən müsbət olur — “uşağım əziyyət çəkməsin”. Amma inkişaf baxımından çətinlik yaşamaq və problemi həll etmək uşağın psixoloji gücünü formalaşdırır.

 

Psixoloji baxımdan necə izah olunur?

Bağlanma nəzəriyyəsinə görə (John Bowlby), valideyn uşağa “təhlükəsiz baza” olmalıdır. Yəni uşaq həm özünü güvənli hiss etməli, həm də müstəqil şəkildə dünyanı kəşf etməlidir. Həddindən artıq qoruma isə bu balansı pozur.

Psixososial inkişaf mərhələlərini izah edən (Erik Erikson) nəzəriyyəyə görə, erkən yaşlarda uşağın təşəbbüskarkıq hissi formalaşmalıdır. Daim nəzarət və müdaxilə bu mərhələdə özünə inamsızlıq yarada bilər.

 

Uşağa mümkün təsirləri

🔹 Özünə inamın zəifləməsi

🔹 Qərarvermə çətinliyi

🔹 Sosial adaptasiya problemləri

🔹 Səhv etməkdən həddindən artıq qorxu

🔹 Yüksək narahatlıq səviyyəsi

🔹 Asılılıq davranışı

Belə uşaqlar böyüdükdə tez-tez “özüm bacara bilərəmmi?” sualı ilə yaşayırlar.

AILE

Valideyn niyə həddindən artıq qoruyucu olur?

Öz uşaqlıq travmaları

Yüksək narahatlıq

Tək övlad olması

Sağlamlıqla bağlı keçmiş qorxular

Sosial təzyiq və müqayisə

Bəzən problem uşağın deyil, valideynin daxili qorxularının nəticəsi olur.

Sağlam balans necə qurulmalıdır?

✔️ Yaşa uyğun məsuliyyət verin

✔️ Səhv etməyə icazə verin

✔️ Problemi onun yerinə həll etməyin

✔️ Kiçik risklərə kontrollu şəkildə imkan yaradın

✔️ “Sən bacararsan” mesajını tez-tez verin

Unutmayaq ki, güclü şəxsiyyət qoruma ilə deyil, təcrübə ilə formalaşır.

 

Psixoloq Nuranə Şərifova

“StartSmile academy”nin təsisçi direktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir