hediyye

Hədiyyə alarkən nələrə diqqət etməli? – QAYDALAR

Baxış sayı: 900

Doğum günü ilə əlaqədar ən xoş ənənələrdən biri  də hədiyyə qəbul etməkdir. Lakin  ad günü olan şəxsə hədiyyə alarkən diqqətli və ehtiyatlı olmaq lazımdır. Buna görə də  bir neçə qaydaya əməl etmək lazımdır.

 

 İti alətləri hədiyyə etmək məsləhətli deyil

Deyilənlərə  görə, iti alətləri hədiyyə etmək məsləhətli deyil, çünki onlar neqativ enerjini cəlb edir. Əgər sizə bağlı hədiyyə qutusunun içərisində iti alət hədiyyə ediblərsə, o zaman həmin alətin yanına metal qəpik qoymaq lazımdır. Bu metal qəpik alətin neqativ enerjisini yox edəcək və  sizi bədbəxt hadisədən qoruyacaq.

hediyye

Mirvari  hədiyyə etməkdən öncə düşünün

Bəzək əşyaları hər zaman uğurlu hədiyyə seçimi hesab olunur. Lakin çalışmaq lazımdır ki, bəzək əşyasında mirvari olmasın. Mirvari göz yaşları deməkdir.

 

Saat hədiyyə etmək olmaz

Dostunuza və ya sevdiyiniz şəxsə qətiyyən saat hədiyyə etmək olmaz. Bu münaqişəyə səbəb ola bilər.

 

Hədiyyə olunan çiçəklərin rəngi də çox önəmlidir

Bundan başqa, sarı çiçək də hədiyyə etmək olmaz. Doğum günü üçün alınan güllərin rəngi ağ və ya qırmızı olmalıdır.

hediyye

Bu hədiyyələr birmənalı qarşılanmaz

Güzgü, boş pul kisəsi, burun dəsmalı kimi əşyaları hədiyyə vermək olmaz. Bunlar ad günü sahibinin həyatına neqativ təsir göstərmiş olar.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir