yatmaq

Həftəni gözəl keçirmənin bəsit yolları

Baxış sayı: 1. 910

Bu gün yeni iş həftəsi başlayır. Enerji dolu, maraqlı və rəngarəng bir həftə keçirmək üçün, ümumiyyətlə, günə yaxşı başlamaq lazımdır. “Gencaile.az” Türkiyə mətbuatına istinadən günə gözəl başlamanın və günü gözəl etmənin yolları barədə məlumat verir.

Hər axşam yatağa giririk və hər sabah yeni fürsətlərlə dolu bir günə başlayırıq. Bəs, bu fürsətlərdən nə qədər istifadə edə bilir, günümüzü nə qədər gözəl keçirə bilirik?

Nə qədər tez və ya gec oyanırsızsa oyanın, gününüzü funksional keçirmənin, dəyərləndirə bilmənin yolları aşağıdakılardır:

 

Yatanda üstünüzə birdən artıq odeyal və ya yorğan örtün

Dərin yuxuya keçdiyimizdə bədənin temperaturu öz-özünə aşağı düşür. Stanford Universiteti Yuxu Elmləri Mərkəzindən doktor Rafael Pelayo isə yuxunun ən dərin nöqtəsinin oyanmadan iki saat öncə baş verdiyini deyir. Bu səbəbdən də saatın zəngi çalınmadan öncəki saatlar əslində yuxunun ən şirin saatlarıdır. Əgər üstünüzə birdən artıq örtü alsanız, bədəniniz isinəcək və yataqdan qalxmağa hazır hala gələcək.

 

Yuxu saatlarınızı dəyişdirin

Lazımi qədər yuxunuzu aldığınız zamanlarda belə ətrafda zombi kimi gəzirsiniz? Bundan çıxış yolu yuxu sisteminizi gündəlik ritminizə uyğun hala gətirməkdən keçir. Hamımız eyni zaman dilimində yaşamış olmağımıza baxmayaraq, bəzilərimizin iç saatında dəqiqələr belə önəmli bir fərq yarada bilir. Məsələn, siz sabahlar 7.30 yerinə 7.15-də oyandığınız zaman özünüzü daha yaxşı hiss etmiş ola bilərsiniz. Bunun üçün xüsusən yuxu sisteminizi görə biləcəyiniz bir mobil tətbiqetmədən yararlana bilərsiniz. Beləliklə, yuxunuzun ən xəfif olduğu saatlarda oyanaraq günü daha funksional hala gətirə bilərsiniz.

 

Dişinizi fırçalayanda gimnastik hərəkətlər edərək vaxtınızı dəyərləndirin

Ayaqlardakı və yancaqlardakı böyük əzələ qruplarını hərəkətə keçirmək, beyinə daha sürətli qan getməsinə yardımçı olur. Beləliklə beyinə daha çox oksigen performans artırıcı kimyəvi maddələr gedir. Dişlərinizi fırçalayarkən gimnastik hərəkətlər edərək günə daha hərəkətli başlaya bilərsiniz.

sabaha keyifli başlamak ile ilgili görsel sonucu

Səhər yeməyində bol karbonhidrat qəbul edin

Araşdırmalar göstərib ki, səhərlər sistemli bir səhər yeməyi yeyən insanlar gün boyunca daha diqqətli, daha kəskin bir yaddaşa sahib olur və elmi performans baxımdan daha yaxşı olduqlarını göstərirlər. Qidalar beynin qidasıdır. Bu səbəbdən səhər yeməyində mütləq tam buğdalı qidalar qəbul etməyə çalışın.

 

Yatmazdan əvvəl səhərki gün üçün kofe aparatınızı hazırlayın

sabaha keyifli başlamak ile ilgili görsel sonucu

Kofein yuxu gətirən beyin kimyasalı olaraq da tanınan  adenozini keçici olaraq əngəlləyir. Bu da sabahları oyanmağı və əzginliyi üzərindən atmağı asanlaşdırır. Səhərlər içilən gözəl bir kofe zehni olaraq daha güclü olmağınızı və fiziki performansınızı artırmanızı təmin edər. Səhərlər bu gözəllikdən uzaq qalmamaq üçün kofe maşınınızı bir axşam öncədən hazırlayın.

 

Sabah ritualını yaradın

Özünüz üçün bir şey edin və bir sabah ritualı yaradın. Bu ritual qısa müddətli meditasiya da ola bilər, səhər idmanı da, şükür etmə də. Bu ritualı təkrarladıqca vərdişə çevriləcək. Unutmayın, beyin vərdişləri sevir. Nəticədə enerjiniz yüksəlir və potensialınız artır. Bir müddət sonra beyniniz bu vərdişi axtaran hala gəlir.

 

Oyanan kimi başınız ağrıyırsa, ondan bu formada qurtulun

Son zamanlar insanların ən çox şikayət etdiyi problemlər içərisində səhər oynan kimi bizi ağuşuna alan baş ağrısı və stress mühüm yer tutur. Bir çox dərman vasitələrindən istifadə etməklə bu problemlərdən qurtulmaq mümkündür. Lakin bu üsulun mənfi cəhətləri də ola bilər. Belə olan halda, insanlar təbii yollara müraciət edirlər. Baş ağrısının nə vaxt gələcəyi sizə məlum deyil. Bu səbəbdən də, yanınızda ağrıkəsicinin olmadığı hallar vardır. Bundan əlavə, tez-tez ağrıkəsici istifadə etmək həm bədəni yorar, həm də mütəxəssislər tərəfindən təklif edilməməkdədir. Bu sadə üsulu istifadə edərək yalnız 30 saniyədə baş ağrınızdan və ya stressinizdən xilas ola bilərsiniz. Belə ki, bədənimizdə bəzi aktiv nöqtələr vardır. Bu nöqtələrə masaj edildiyində ağrılar azala , hətta tamamilə aradan qalxa bilər.

sabaha keyifli başlamak ile ilgili görsel sonucu

Əlinizdəki şəhadət barmağı ilə  baş barmağınız arasındakı nöqtəyə təzyiq tətbiq edərək baş ağrısından xilas ola bilərsiniz. Təzyiqi 30 saniyə ərzində davam etdirin. Ardından əl dəyişdirərək digər əlinizə də tətbiq edin. Doğru tətbiq etdiyiniz halda, baş ağrısının keçdiyini görəcəksiniz. Bu həqiqətən də, işə yarayır.

 

Həyat qurtaran məsləhətlər – bunu etsəniz, gün uğurlu keçəcək

Məsləhətlər bununla bitmir ki… Həqiqətən də günə gözəl başlamanın çox fərqli üsulları var. Heç kimə sirr deyil ki, gündən daha çox faydalanmaq üçün tezdən oyanmaq şərt sayılır. Çünki özünüzü hazırlamaq üçün çox vaxta ehtiyacınız var. Tez oyanmaqla gün üçün ayrılacaq olan enerjinizi daha yaxşı mühafizə etmiş olarsız.

Güzgüdə özünüzə 30 saniyə gülümsəyin. Bu, sizin mənlik hörmətinizi artırmaq üçün əla yoldur və bunu bir neçə dəfə etməklə artıq vərdiş halına gətirə bilərsiz. Özünüzə daha çox güvənən və haqqını tələb etməkdən çəkinməyən biri olacaqsız.

Əsnəmə hərəkətləri edin. Əzələlərinizi oyandırmaq və günə hazır olmaq üçün 5 dəqiqəlik uzanma və gərilmə hərəkətləri edin.

Bədəninizi kisələyin. Səhərlər duş qəbul edərkən quru bir fırça ilə kisələnməniz həm qan dövranınızı yaxşılaşdıracaq, həm də ölü dəridən qurtulacaqsız. Kisələnmədən sonra nəmləndirici kremdən istifadə edin.

Canlandırıcı bir musiqi, ya da səsli kitab dinləyin. Uzun bir gün üçün davam edən motivasiya istəyirsizsə, günə belə başlamalısız. Stressli bir gündə belə, bacarıqlı olmanın ən asan yolu budur.

Yaşıl “smoothie” zamanı.  İspanaq, lahana, yaşıl yarpaqlı bitki mənşəli qidalarla lif və mineral qaynağı olan, bədəninizi rahatladacaq yaşıl “smoothie” hazırlaya bilərsiz.

Bir neçə dəqiqə meditasiya ilə məşğul olun. Sevdiyiniz musiqini qoşun və sadəcə səssiz oturub bir neçə dəqiqə dinləməniz sizə çox şey bəxş edəcək.

Dilinizi təmizləyin. Dilinizi təmizləməklə həm ağız qoxusundan xilas olar, həm də yeməklərin dadını daha yaxşı hiss etmiş olarsız.

O gün həll etməniz gərəkən ən az 3 şeyi siyahıya alın. Güvən yaradacaq və daha böyük şeylər üçün narahat olmanızı əngəlləyəcək.

 

200 dəfə “press” etsəniz, gərgin gündən qorxmayacaqsız

Heç birimizə sirr deyil ki, idman günün başlanğıcı üçün mühüm ritualdır. Səhərlər qısa müddətli belə olsa idman hərəkətləri etmək sizi bütün günə bəs edəcək enerji ilə təmin edəcək. İstənilən şəxs 200  dəfə “press” etdikdən sonra gərgin işə dözəcək potensiala sahib olur. Əgər yuxudan səhər 5 radələrində qalxaraq qaçışla məşğul olmaq üçün o qədər də cəsarətli deyilsinizsə, heç deyilsə 15 dəqiqə tez qalxaraq bəsit idman hərəkətləri edin. Bu oyanmağa və iş gününə hazırlaşmağa kömək edəcək.

Bütün imkanlarınızdan maksimum şəkildə istifadə edərək məqsəd və gündəlik işlərinizi planlaşdırın. Bu planlaşdırma üçün səhər ən ideal vaxtdır. Gün üçün düzgün şəkildə təşkil edilmiş qrafik tapşırıqları düzgün şəkildə yerinə yetirməyə imkan verəcək. Bu iş planında özünün üçün 15 dəqiqəlik fasilələri də təyin etməyi unutmayın.

Səhərlər lazımi enerji üçün məhz sağlam qidaya ehtiyacınız var. Səhər yeməyi sizin fiziki sağlamlığınız üçün faydalı olmaqla yanaşı, sizin ailə ilə ünsiyyətinizi də qaydasına salır. Səhər yeməyi zamanı yoldaşınız və uşaqlarınız ilə 5 dəqiqəlik söhbət belə bütün iş günündə xoş əhval-ruhiyyəyə sahib olmağınıza səbəb ola bilər.

 

VƏ son üç məsləhət

Çox adam səhərlər oyananda dilini də təmizləyir. Bəli, dişini yumaqdan yox, dilini təmizləməkdən bəhs edirik. Dil ağızdan pis iyin gəlməsinə, ağız boşluğunda və mədədə xəstəliklərin səbəbinə çevrilən mikro orqanizmlərin çoxalması üçün ideal şəraitdir. Dişləri təmizləyərkən (gün ərzində 2 dəfə) diş fırçası, qaşığın sonluğunu və ya xüsusi vasitədən istifadə edərək dil ərpini təmizləyin.

Səhər yüngül məşq etməklə siz ürək-damar sistemini möhkəmləndirirsiniz, immuniteti yüksəldirsiniz, hərəkətlərin koordinasiyasını və vestübilyar aparatın işini yaxşılaşdırırsınız. Bundan başqa gündəlik məşq – skolioz, onurğa sütununun yırtığı və osteonxondrozun müalicəsi üçün əla vasitədir.

Stəkanda bir qaşıq bal və bu qədər sıxılmış limonun suyunu isti suda qarışdırın. Həkimlərin fikrincə belə içkinin səhər qəbulu həzmi gücləndirmək üçün əla üsuldur.

Limonlu və ballı su qaraciyərin işini yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır və bağırsağın sağlam mikroflorasını təmin edir. Qan dövranını aktivləşdirir və zəhərli maddələri orqanizmdən çıxarır, bu da dərinin vəziyyətinə yaxşı təsir göstərir. Bundan başqa limonda olan C vitamini qocalıq prosesini ləngidən güclü antioksidantdır.

Sonda… Gördüyünüz kimi, həftə yeni başlayanda bizi daha gözəl gün keçirməyə sövq edən bir neçə dəyərli məsləhət var. Biz bunların hamısını bir gündə, bir sabahda etməlisiniz demirik. Amma yavaş-yavaş, məntiqlə və sistemli şəkildə bunları həyata keçirmək gününüzün, həyat tərzinizin gözəlləşməsinə səbəb olacaq.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir