Bəzən həkimlər və böyük dərman biznesi imperiyası 40-50 il bundan əvvəl insanların köməyinə çatan ucuz, lakin effektiv vasitələri məqsədli şəkildə gizlədir, yeni və bahalı preparatların satışına şərait yaradırlar. Gizli saxlanılan vasitələrdən biri də yodinoldur. Sözügedən dərman vasitəsi neçə-neçə problemə dərmandır. İstənilən aptekdə 70 qəpiyə olan bu vasitə həkimlərə bahalı mazlar, dərmanlar, spreylər yazmağa mane olur. Halbuki yarım əsr əvvəl həkimlərin ən çox istifadə etdiyi preparatlardan biri olub.
Hər evdə, əlaltında olması vacib olan yodinolun faydalarını təqdim edirik:
•Qışda boğaz iltihabı, angina, güclü öskürəkdə yodinol damızdırılmış su ilə qarqara etmək 2 günə əla effekt verir.
•Qida zəhərlənməsində yarım stəkan qaynanmış suya 1 ç.q yodinol qatıb içmək müsbət təsir edir.
•Boyun, əzələ, diz əzilməsində yodinolla kompress etmək ağrını götürür.
•Əl-ayaqda yaranmış açıq yaralarda, kəsiklərdə yodinoldan istifadə etmək yaranın üzərinin bağlanmasına kömək edir.
•Göz iltihabında yodinol kompresi etmək effektli vasitədir.
•Hətta əl-ayaq göbələk xəstəliklərində yodinol dərman əvəzidir. Yodinollu vanna, kompresslər göbələyi təmizləyir.
•Bir sıra ginekoloji iltihab problemlərində, vaginal göbələk xəstəliklərində də yodinolla tampon etmək effektivdir.