miqren

Həm orucsunuz, həm də miqreniniz varsa…

Baxış sayı: 445

Aclıq, miqren ağrısını aktivləşdirən hallardan biri ola bilər. Bəs miqreni olan insanlar oruc tutarkən hansı məqamlara diqqət yetirməlidir?

Türkiyəli Uzm. Dr. Atacan Atasoy Ramazan ayında aclıq səbəbiylə daha da dözülməz hala gələn miqren barədə xəbərdarlıq edib.

O bildirir ki, kofein qəbuluna diqqət yetirilməlidir: “Xüsusilə kofeinli qidaları və içkiləri çox tez-tez istehlak edənlər, 16 saatdan çox qida və içki istehlak edə bilmədikləri üçün miqreni olan insanların çox yaxşı bələd olduğu çəkilmə sindromuna yoluxa bilərlər”.

Həkim-mütəxəssiz  qeyd edir ki, bu vəziyyət baş ağrısı və migreqinin təsirini daha da artırmaq gücünə malikdir. Çəkilmə sindromunu yaşamamaq üçün  orucdan bir gün əvvəl gündəlik kafein qəbulu miqdarı azaldılmalıdır.  Bununla da qan səviyyəsini sabit saxlamaq üçün azaldılan kafein miqdarını axşamdan günortaya qədər az-az qəbul etmək lazımdır.

Uzm. Dr. Atacan Atasoyun sözlərinə görə, miqreni olan insanlar oruc tutmaq istəyirlərsə, dərmanlarını qəbul etmək şərtilə (əgər bu əks təsir bağışlamayacaqsa) oruclarını tuta bilərlər.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir