İnqrediyentlər
1 ədəd orta ölçülü balıq
6 stəkan su
3 x.q. yağ
1 ədəd soğan
1 diş sarımsaq
1 ədəd böyük kök
1 ədəd dəfnə yarpağı
½ dəstə cəfəri
½ ç.q. zəfəran
1 ç.q. istiot
1 ç.q. duz
Hazırlanma mərhələsi
Balıq təmizlənir. Soyuq su dolu qazana qoyulur. Qabığı soyulmuş kök və soğan kub formasında doğranılır. Doğranmış tərəvəzlər, cəfəri, istiot, sarımsaq, dəfnə yarpağı, limon suyu, zəfəran, duz qazana əlavə olunur. Son olaraq da Super Sun yağı tökülür. Ləzzətli balıq suyu əldə etmək üçün balıq bütöv, tərəvəzlər və aromatik bitkilər ilə birlikdə özünü buraxana qədər orta odda qaynadılır. Qaynayan balığın əti bir boşqaba qoyulur. Kiçik hissələrə ayrılır. Balıq suyu süzgəcdən süzülür. Balıq suyu ayrı bir qazana tökülür. Tərbiyə üçün yumurta sarısı və limon suyu sürətli şəkildə qarışdırılır. İsti halda olan balıq suyu ilə yavaş-yavaş qarışdırılır. Balış şorbası tərbiyəsilə birlikdə 10 dəqiqə az odda qaynadılır, isti halda servis edilir. Şorbanı qızarmış, pendirli çörək dilimlərilə servis etmək olar. Nuş olsun!
Məsudə Sultan