İdeal çəkidə qalmaq demək olar ki, hər bir xanımın arzusudur. Həm də, bu arzuya hər şeyi yeməklə çatmaq istəyirik. Əvvəllər bunu düşünmək absurd idisə, indi həm yeyib, həm də çəki almamaq mümkündür. Necəsini yazımızın davamını oxumaqla öyrənə bilərsiniz.
Düzgün boşqab
Araşdırmalara görə, biz yeməklərimizi yeyəcəklərimizlə eyni rənglərdə olan boşqablarda yeyiriksə özümüz də hiss etmədən 18% daha çox qida qəbul edirik. Əgər həm yemək yeyib, həm də çəki atmaq istəyirsinizsə yeməklərinizi qırmızı rəng və onun çalarlarında olan qablarda yeyin. Bu, onunla əlaqələndirilir ki, beyniniz qırmızı rəngi “stop” düyməsilə eyni hesab edəcək və siz artıq yeməyi dayandıracaqsınız. Avstraliyanın Bond Universitetinin alimlərinin fikirlərinə görə isə kiçik qablardan istifadə daha məqsədə uyğundur. Məsələn, yediyiniz qabın diametrini 20% azaltmaq 20% daha az qida qəbul etməyiniz deməkdir.
Dörd hissəyə bölün
Həm arıqlamaq, həm də ki, sevimli qidalarınızdan imtina etmək istəmirsiniz? Bunun çıxış yolu var. Yeyəcəyiniz qidanı, məsələn, şirin bir bulkanı dörd hissəyə bölün və onun üç hissəsini müəyyən saatlarda yeyin, dördünücü hissəni isə kiməsə verin. Beləliklə, desertləri, şirniyyatları bədən formanız üçün təhlükəsiz hala gətirəcəksiniz.
Aclıq yoxsa susuzluq?
Çox tez-tez aclıq hissi susuzluqla qarışdırılır. Xüsusilə də, yemək yeyilən zaman. Əgər siz özünüzdə aclıq hiss edirsinizsə birinci bir stəkan su için. Sonra bir neçə dəqiqə gözləyin, özünüzə rahatlıq verin. Daha sonra görsəniz ki, bu hiss keçmir o zaman yemək yeyin.
15 dəqiqə qaydası
Əgər siz yemək aralarında nəsəs atışdırmaq istəsəniz, misal üçün, könlünüzdən şirniyyat yemək keçir, o zaman 15 dəqiqə gözləyin və görsəniz ki, aclıq hissiniz keçib, yeməyin. Bu, bəzən daha tez nəticə verir. Eyni qayda digər yeməklərə də aiddir. Heç vaxt yeməyi acan kimi yeməyin. 15 dəqiqə gözləyin, dərin nəfəs alın və daha sonra istəsəniz yeyin.
Sağ-sol əl
Hər şey çox asandır. Əgər arıqlamaq istəyirsinizsə həmişə yediyiniz əllə yeməyin. Məsələn, sağ əllə yeyirsinizsə sol əllə yeməyi yoxlayın. Və ya əksinə. Biz qidalandığımız zaman əllərimizin yerini dəyişdikdə 20% daha az yemək qəbul edirik. Bu, daha çox bayramlarda, xüsusi günlərdə işə yarayır.
Həmin dəqiqə foto
Əgər sizin qeyri-ənənəvi dada malik qidalara qarşı antisimpatiyanız varsa, ağız dadınıza uyğun deyilsə birinci onun fotosunu çəkin. Daha sonra telefondakı estetik foto sizin onun yeyib-yeməyəcəyiniz haqqında fikir yaradacaq.
Limitli seçim edin
Az kalorili qidalar məlumdur ki, daha tez çəki atmağa kömək edir. Önümüzdə dadlı, “ağız sulandıran” yeməklər olanda biz özümüzü saxlaya bilmirik, onların dadına baxırıq və yaxud da, özümüzü güclə saxlayırıq. Amma siz o qidalardan az miqdarda, kiçik tikələr götürsəniz, onların dadına baxmış olarsınız, həm də ki, kilo almarsınız.
Çəngəli kənara qoyun
Əgər siz həqiqətən də daha az qida qəbul etmək isəyirsinizsə, hər tikədən sonra çəngəl və ya qaşığı kənara qoyun. Hər dəfə onları yenidən götürəndə siz gecikəcəksiniz və yeməyə qarşı iştahanız gedəcək.
Diqqət yayındıran nüanslar
Televizoru söndürün, qəzeti və digər diqqət dağıdan şeyləri kənara qoyun. Hətta onlardan normal vaxtlarda imtina edə bilmirsinizsə Belə olan halda 15% daha çox yemək yeycəksiniz və doyacaqsınız. Nəticədə də gec acacaqsınız.
Meyvə cənnəti
Evdə olanda acdığınız zaman özünüzə bir böyük boşqab meyvə doğrayın, divanda rahat oturub kitabınızı oxuya-oxuya və ya tv-yə baxa-baxa meyvələrinizi yeyin. Əgər gününüzün çox hissəsini çöldə keçirdəcəksiniz çantanıza bir neçə ədəd meyvə atın. Acdığını zaman bu meyvələr köməyinizə gələcək. Üzüm, portağal və almaq sadəcə dekorativ meyvələr deyil. Meyvə boşqabı sizə, həmçinin, yemək aralarında acdığınız zaman daha faydalı qidalar qəbul etməyinizə kömək edəcək.
Üçlü effekt
Restoranda olanda çalışın 3 cür yemək sifariş edin. Bu, bir isti, iki soyuq yemək ola bilər. Yeməyi ya çörəksiz yeyin ya da, iki dilim çörək yeyin. Nəticədə 21-23% daha az kalori qəbul edəcəksiniz.
Omega 3-ü sevin
Hər gün omega 3 ilə zəngin olan qidalar qəbul edin. Doymuş yağlar çəki itirmək üçün əla vasitədir. Əsasən, omega ilə qoz-fındıq, skumbriya, siyənək, sardina, tuna balıqları zəngindir.
Men rayonda oluram ev seraitinde nece ariqlamaq olar hemde men pcb20 icmek istiyirem meslehetdi
Mən evdə otura otura bu caylari istifade edirem ve ariqlayiram https://ariqlamaq.az/ apteklerde cox ucuzdur