qehve

Hər gün bir fincan qəhvə sizi bu xəstəlikdən xilas edə bilər

Baxış sayı: 359

Alimlər hər gün espresso qəhvəsi içməyin demensiya ilə mübarizədə əhəmiyyətli rol oynadığını aşkar ediblər.

Verona Universitetinin mütəxəssislər qrupu tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə yalnız bir espresso qəhvəsi demans, xüsusən də Alzheimer xəstəliyinin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Professor Mariapina D’Onofrionun rəhbərlik etdiyi tədqiqatda espressonun beyinə təsiri, xüsusən də Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəlikləri olan insanların beyinlərində toplandığı məlum olan tau zülallarının əmələ gəlməsi ilə mübarizə qabiliyyəti araşdırılıb.

Tədqiqatlar içkinin tərkibindəki birləşmələrin tau zülallarını aktiv şəkildə parçaladığını, onların neyronlara vurduğu zərərin və sonradan idrak qabiliyyətinin azalmasının qarşısını aldığını göstərir. Hətta çoxlarının sevdiyi dəbdə olan espresso martini kokteyli demensiya ilə əlaqəli proseslərin qarşısını almağa kömək edə biləcək bu faydalı birləşmələri ehtiva edir.

 

Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir