Bir çoxlarının adi tərəvəz saydığı pomidorun çoxlu faydalarının olduğu məlumdur. Pomidorun daha bir faydalı xüsusiyyəti açıqlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu tərəvəz ağciyərin itməkdə olan funksiyasını bərpa edə bilir.
ABŞ-dan olan alimlər pomidoru həm də bu faydasıma görə mütəmadi olaraq yeməyə çağırırlar. ABŞ alimlərinin apardığı araşdırmaya görə, pomidor hətta davamlı siqaret çəkənlərdə belə, ağciyər funksiyasını bərpa edir.
Müsbət təsir göstərmək üçün gün ərzində ən azı iki pomidor yemək kifayətdir. Tədqiqatlar göstərib ki, pomidoru çox qəbul edənlərdə xroniki ağciyər xəstəliklərinin riski azalır.