Ruzanna Besirova

Hər gün marketə getmək niyə səhvdir?

Baxış sayı: 442

Bəzi şeyləri rutinə çevirmək yaxşıdır. Məsələn, yürüyüşə çıxmaq, meditasiya etmək, bitkilərlə vaxt keçirmək, yüngül idman hərəkətləri etmək və s. Bunlar insan sağlamlığına faydalı və həyat tərzinə müsbət təsir edən proseslərdir. Lakin bəzi alışqanlıqlarımız var ki, onlar bizim büdcəmizə heç də yaxşı təsir etmir. Onlardan biri də hər gün marketə getməkdir.

Çünki hər gün marketə getmək bizdə qeyri-ixtiyari tələbatımız olmayan məhsulları alma istəyi yaradır. Bu məhsulların da əksəriyyəti qida məhsulları, xüsusən də çərəzlər olduğu üçün həm sağlamlığımıza həm də büdcəmizə xeyli zərərlidir.

Belə ki, planlı şəkildə edilən alış-veriş zamanı, adətən, daha zəruri olan məhsullar alındığı halda, gündəlik marketə gedəndə, aldıqlarımızın bir neçəsi anlıq istək və ya duyğusal boşluqlardan, marketinq tələlərindən qaynaqlanır.

Planlı alış-veriş zamanı həm alınacaq məhsulların ağır olub daşınması əziyyəti olduğunu nəzərə alaraq, həm də yekun məbləğ yüksək alınır deyə, bəzən insanlar zəruri olmayan məhsulları almaqdan çəkinir. Gündəlik marketə girdikdə isə bu proses tam əksinə, “Bir də bunu alım” deyib bir neçə məhsul da götürür.

Ümumiyyətlə, meyvə-tərəvəz və çörək (gündəlik un məmulatları) istisna olmaqla digər məhsulların gündəlik alış-verişlə alınması həm vaxt və enerji baxımından, həm də büdcə baxımından heç əlverişli deyil. Təcili zərurət yaranan məhsullar istisna olmaqla digər alış-verişləri siyahı yazılaraq edilməsi daha rahatdır.

Ümumiyyətlə, sadəcə büdcə və xərc məsələlərində deyil, bütün məsələlərdə planlı olmaq insanı qaçaqaç stresindən azad edir. Günümüzdə marketlərdə kassa növbələrini nəzərə alsaq, hələ gözləmə zamanı keçirdiyimiz stres və yorğunluqdan heç danışmayaq. Bütün bu prosesləri nəzərə alıb müqayisə etdikdə gündəlik alış-verişlər həm zaman itkisi, həm enerji itkisi olmaqla yanaşı həm də büdcəyə xeyli miqdarda əlavə xərc yaradan bir proses olduğunu görürük.

Doğru xərcləyin, rahat yaşayın

 

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir