Xiyarın insan orqanizminə bu qədər xeyirli olmasını yəqin ki bir çox oxucularımız bilmir. Bu yazını oxuyandan sonra isə hamınız bu tərəvəzin nəcə möhtəşəm olduğunun bir daha şahidi olacaqsınız.
Xiyar xərçəngin qarşısını alır
Xiyarın xərçəng əleyhinə olduğuna dair tədqiqatlar göstərmişdir ki, ondan xərçəng əleyhinə dərman hazırlamaq olar. Belə ki, bu tərəvəz xərçəngin qarşısını ala bilər və inkişaf etməsinə imkan verməz. Xiyar sinə, rəhm, prostat xərçənginə qarşı mübarizə aparır.
Xiyarın dəriyə təsiri
Xiyarın tərkibində su olduğu üçün dəriyə müsbət təsir edər. Onu daha şəffaf və lətif edər. Əgər xiyarın dərisini sevmirsinizsə, onu atmayın. Üz qaşınmasına və gün yandırmasına görə faydalı dərmandır. Əgər gözünüz şişibsə, gözünüzün üstünə xiyar dilimi qoyun. Xiyarın tərkibində olan silsium saç tüklərinin tez uzanmasına yardım edər.
Xiyar ağızın pis iyini aradan qaldırır
Xiyarın bir dilimini götürüb ağzınızda 30 saniyə saxlayın. Xiyarın tərkibində olan maddələr ağzınızda pis iy verən bakteriyaları məhv edər. Xiyar suyu diş ətindən əziyyət çəkənlər üçün də faydalı dərmandır.
Xiyar sizi arıqladar və həzmi asanlaşdırır
Xiyarın tərkibində kalori azdır və həm də suyu çoxdur. Ona görə də arıqlamaq istəyənlər üçün çox faydalıdır. Xiyar bədəndə olan zəhərli maddələri dəf edər və həzmi rahatlaşdırar. Əgər qəbizlik probleminiz varsa, hər gün xiyar yeyin.
Xiyar diabeti müalicə edər, qan təzyiqini kontrolda saxlayır
Xiyar suyunun tərkibində olan hormonlar insulin yaradan hormonlardır. İnsulin isə diabet xəstəliyinə qarşı faydalıdır. Xiyar suyu qanda olan xolesterinin səviyyəsini aşağı salar. Xiyar suyu qan təzyiqini də normada saxlayar.
Xiyar gut xəstəliyinin qarşısını alır
Xiyarın tərkibində silis maddəsi olduğundan oynaqlar üçün faydalıdır. Xiyarın tərkibində A, C, B1, B6, D vitamini, kalsium, maqnezium, kalium vardır. Xiyar suyunu kök suyu ilə qarışdıran zaman gut xəstəliyinin qarşısını alar və ağrıları sakitləşdirər.
Xiyar dırnaqları sağlam saxlayır
Əgər əl və ayaq dırnaqlarınız tez-tez qırılırsa, xiyarın tərkibində olan silis bunun qarşısını alar.
Xiyar sidikqovucudur
Xiyarın tərkibində 90% su vardır. Ona görə də sidikqovucudur. Sidiyin vasitəsilə bədəni zəhərlərdən təmizləyir. Xiyarı davamlı yemək böyrək daşlarını dəf edər.
Xiyar alan zaman təbii yetişdirilmiş qanik xiyar almağa çalışın. Çünki istixana xiyarlarının tərkibində faydalı maddələrlə yanaşı, zəhərli maddələr də ola bilər.