geyim

Hər qadını seksual göstərən 8 stil təklifi

Baxış sayı: 1. 430

Hər nə qədər gözəl geyinsəniz də, qarşı cinsə təsir göstərmək üçün daha seksual görünməyiniz lazım olduğu bir həqiqətdir. Geyinmiş olduğunuz paltarlar üzərində kiçik stil dəyişikliyi edərək hər zaman olduğundan daha seksual görünmək sizin əlinizdədir. Bəs daha seksual görünmək üçün hansı geyimlərə və stillərə üstünlük verməlisiniz? Maraq doğuran bu sualın cavabını öyrənmək üçün yazımızı oxumağa davam etməli və sizin üçün hazırladığımız təklifləri diqqətlə oxumalısınız.

 

Seksual görünmək üçün bir çox üsul var. Amma ilk növbədə özünüzə inamınız və hər halınızla gözəl olduğunuzu qarşı tərəfə hiss etdirməyiniz vacibdir. Bunlar olmadan nə geyinsəniz də, çox işə yarayacağını söyləməyə bilmərik. Əlbəttə, müstəsna hallar ola bilər, amma istisnalar qaydanı pozmur.
Əgər özünüzə olan inamınızda heç bir çətinlik yoxdursa və mən hər halımla gözələm deyirsinizsə, siyahımıza başlaya bilərik. Seksual görünməyi çoxları açıq geyimlərlə qarışdırır. Açıq geyimlər kişiləri ehtirasa gətirsə də, bu fikir tam mənada düzgün deyil və seksuallıq anlayışının insandan insana dəyişə biləcəyi bir həqiqətdir.

Kiçik, amma əhəmiyyətli taktikalarla seksual stil sahibi olmaq mümkündür!

 

Stiletto+dar şalvar cütlüyü

Ayaqlar, biləklər seksual obrazın əsas hissədir. Ayaqlar incə və dikdaban ayaqqabılarda çox gözəl görünür. Əyninizdə kip oturan dar şalvarın altına geyinəcəyiniz nazik dabanlı stilettolar sizi bir anda tamamilə başqa bir havaya salacaqdır.

 

İncə asqılar

İncə asqılar kəsik dekolteli, boyundan asılan incə asqılar stilini əks etdirir. Spagetti adlanan incə asqılar hər kəsin diqqətini ən seksual hissəyə, yəni, çiyinlərinizə çəkəcək.

 

Boyundan bağlanan asqılar

Çiyinlərin ən seksual yerinizdən biri olduğunu söyləmişdik. Eyni ilə incə asqılar kimi boyundan bağlanan asqılar da çiyinlərinizi ön plana çıxaracağı üçün sizi olduqca cazibədar göstərəcək.

 

Kəsik dekoltelər

Bədəninizin müxtəlif yerlərində qoyulan kiçik dekoltelər sizi olduqca çəkici göstərəcək.

 

Sinə dekoltesi

Sinə ölçüsünün heç bir əhəmiyyəti olmadığını dərin sinə dekoltesi ilə sübut edə bilərsiniz. Sinə dekoltesi hər qadını seksual göstərir, sinənin nə qədər kiçik və ya böyük olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan sinə dekoltelisini tək başına istifadə edərək dozanı yaxşı tənzimləməyi bilməkdir.

 

Alt paltarı detallarına malik paltarlar

Alt paltarı detallarına malik paltarlar sizi bir anda seksual havaya salmağa kömək edir. Sinə və bel hissəsi korset kimi üzərinizə oturacağından qadınlığı ön plana çıxarır.

Əminik ki, daha seksual görünmək üçün artıq hansı geyimlərə üstünlük verməyiniz lazım olduğu barədə başınızda bir sual işarəsi qalmayıb. Siz də geyim üslubunuzda kiçik dəyişikliklər edərək qarşı cinsin ağlını başından alan bir afət ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir