Müasir dövrdə artıq kişilər də ən az qadınlar qədər dəblə ayaqlaşmağa çalışır. Bəzi kişi məşhurlar var ki, onlar özlərinə aid geyim kolleksiyaları buraxır və ya şəxsi markalarını yaradırlar.
“Gencaile.az” oxucuları dünyanın ən zövqlü kişiləri ilə tanış edir.
Bred Pitt – 54 yaş
Hollivudun ən yaraşıqlı və məşhur kişisi dedikdə ağla ilk növbədə Bred Pitt gəlir. 6 uşaq atası olan Pitt haraya getməyindən asılı olmayaraq hər zaman fərqli görünməyə çalışır. Xarici mətbuatın yazdığına görə, Bred Pittin qarderobu Ancelina Colinin qarderobundan daha geniş, rəngarəng və zəngindir.
Devid Bekhem – 42 yaş
Yaraşıqlı futbolçu tanınmış modelyer və stil ikonası Viktoriya Bekhemlə evlidir. Həyat yoldaşının səyləri nəticəsində futbolçu dünyanın ən yaraşıqlı və zövqlü kişiləri siyahısına liderlik edir. Yaraşıqlı futbolçu geyim məsələsində az qala modelyerliklə məşğul olan həyat yoldaşını kölgədə qoyur. Viktoriya özü də çox yaxşı anlayır ki, ərinin üzərində böyük təsirə malikdir. Futbolçu “Ən yaxşı geyinən kişilər” siyahısında da dəfələrlə birinci seçilib. Bir çox kişilər geyim mövzusunda ondan nümunə götürür. Devid Bekhemin adına buraxılmış ətir və geyim kolleksiyaları var.
Ben Aflek – 45 yaş
Ben Aflek əldə etdiyi nailiyyətlərin və şöhrətin 50 faizini yaraşıqlı görünüşünə və maraqlı tərzinə borcludur. O, uşaqları ilə birlikdə vaxt keçirməkdən, onlarla əylənməkdə böyük zövq alır. Ailəsi ilə birlikdə istirahətə yollananda o, maksimum rahat geyimlər seçir, bununla belə özünəməxsus tərzini qoruyub saxlayır.
Kanye Vest – 40 yaş
Tanınmış repçi, prodüser, stilist və iki uşaq atası Kanye Vest hətta gündəlik həyatda belə ən bahalı markalardan geyinir. Qaradərili ulduz klassika ilə idman üslubunu bir-biri ilə uzlaşdırmaqda ustadır. Kanye Vest dəb həftələrini maraqla izləyən, onların heç birini qaçırmayan nadir kişilərdəndir.
Kolin Farrel –41 yaş
İdeal bədən quruluşuna malik olan yaraşıqlı aktyor özünəməxsus tərzi ilə həm qadınların, həm də kişilərin həsəd apardığı məşhurdur.
Tom Kruz – 55 yaş
Möhtəşəm gülüşü ilə bir çox qızın qəlbini fəth edən xarizmatik ulduz geyim-keciminə ciddi fikir verir. Tom Kruz adətən sadə geyimlər seçir, buna baxmayaraq, daim şıq görünür. Dəb tənqidçilərinin fikrincə, Tom Kruz Hollivudun ən yaxşı geyinən məşhurları cərgəsinə daxildir.
Matt Damon – 47 yaş
45 yaşlı aktyor ideal bədən quruluşunu və təbii cazibəsini çox gözəl qoruyur. İdman üslubunun pərəstişkarı olan Matt Damon hər çıxışında kifayət qədər cəlbedici görünür və dizaynerlərin ancaq müsbət rəylərini qazanır.
Conni Depp – 54 yaş
Oynadığı filmlərdə dəniz qulduru və vampir rollarını çox yaxşı canlandıran Conni Depp bohemlə idman tərzinin vəhdətindən böyük zövq alır. Hər çıxışında modelyerləri sözün əsl mənasında təəccübləndirməyi bacaran ulduzun geyim tərzi orijinal və bənzərsizdir. Conni Depp bohem tərzə rəng qatan uzun boyunbağılar, rəngarəng üzüklər və şapkalardan istifadə etməyi çox xoşlayır. Qəhvəyi rəngli günəş eynəkləri aktyorun vazkeçilməz aksessuarları arasındadır.