ağcaqanad

Həşəratlar uşağınızı öldürə bilər – XƏBƏRDARLIQ

Baxış sayı: 1. 099

Allergik reaksiyalardan əziyyət çəkən uşaqlar heç də az deyil. Bu, yay mövsümündə daha çox büruzə verir. Həşəratların da uşaqlarda allergik reaksiya yaratdığı məlumdur.

Mövzu ilə bağlı danışan pediatr Günay Rəsulova bildirir ki, həşəratların uşaqlarda yaratdığı allergik reaksiya ciddi problemlərə yol açır:

“Yayın gəlişi ilə bağlı uşaqlar vaxtlarının çox hissəsini açıq havada keçirirlər. İnsanların əksəriyyəti isə istirahət etmək üçün yaşıllıq olan bölgələrə üz tuturlar. Həşəratlar yaşıllıq, nəmişlik olan yerlərdə daha çox olur. Bu həşəratların bəziləri uşaqlara zərər verə bilir. Allergiyası olan uşaqlarda həşərat dişləməsi güclü allergik reaksiya verir. Ən ciddi allergik reaksiya verə biləcək həşərat arı və gənədir. Arı sancması nəticəsində onun zəhərindən uşaqda ciddi allergik reaksiya baş verə bilər. Hətta uşaq şok vəziyyətinə düşər.

Gənə dişləməsi nəticəsində isə həm uşaqlarda, həm də böyüklərdə sinir sistemi, oynaqlar, ürəyi zədələyən, ifliclərə, bəzən hətta ölümə də səbəb ola bilən çox təhlükəli infeksion virus inkişaf edə bilər”.

G.Rəsulova allergik xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı oxucularımıza məsləhət də verdi:

“Analar öz övladlarını yaxşı tanımalıdır. Əgər uşaqda hansısa bir allergik reaksiya varsa, o zaman mütləq ana ilk tibbi yardımı göstərəcək ləvazimatları yanında saxlamalıdır. Həşərat dişləməsi nəticəsində, əgər uşaqda köpəşmiş səpgilər olarsa, özündən getmə və ya boğulma kimi hallar müşahidə edilərsə, mütləq təcili yardıma müraciət etmək lazımdır. Bundan başqa, zəhərli həşəratlardan biri uşaqları sancarsa, mütləq ətraflı müayinə olunmalı, lazımı yardım göstərilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir