ailede problem

Həyat yoldaşı ilə mübahisə qadınlar üçün faydalıdır – ARAŞDIRMA

Baxış sayı: 1. 668

Psixoloqlar növbəti dəfə ailədə kişi – qadın münasibətləri ilə bağlı maraqlı araşdırmalar aparıblar. Məlum olub ki, ailə mübahisəsi ərə ziyan, arvada isə xeyirdir. Rusiya mətbuatının verdiyi məlumata görə, alimlərin 10 il ərzində apardıqları araşdırma əsəbiləşərkən fikirlərini ifadə edən, mübahisədən çəkinməyən qadınların əsəbini “içində çəkənlər”lə müqayisədə daha çox yaşadığını üzə çıxarıb. Tədqiqat göstərib ki, qadınların ürəyində yaranan problem onun ailə mübahisəsi zamanı özünü necə aparması ilə birbaşa əlaqəlidir. Mübahisə zamanı “dilini özündə saxlayan” qadınların ürəktutmadan vaxtından əvvəl dünyasını dəyişmək ehtimalı digərləri ilə müqayisədə düz 4 dəfə artıqdır. Kişilərdə isə bu, əksinədir: kişi nə qədər qışqırırsa, özünü o qədər pis hiss edir. Məhz bu cür kişilərdə ürək-damar xəstəliklərinin yaranma ehtmialı daha yüksəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir