mektub

Həyat yoldaşınızla məktublaşırsınızmı?

Baxış sayı: 929

Yazının başlığını oxuyandan sonra yəqin deyəcəksiniz ki, buna nə ehtiyac var. Ancaq ən yaxşısı hökm çıxarmaqda tələsməyin və qısa bir müddət üçün də olsa, məktub yazmağın hansı faydaları var, onları nəzərdən keçirin.

Hər şeydən əvvəl unutmayın ki, məktub təkcə eşitmək üçün yox, həm də görmək üçündür. Buna görə də, məktub təkcə informasiyanı ötürmür, həmçinin çatdırmaq istədiyiniz problemin oxucunun yaddaşına daha asan yerləşməsinə imkan verir. Bundan başqa, qarşılıqlı dialoqlarınızda qarşı tərəfin sizi dinləmədiyini düşünürsünüzsə və ya qarşı tərəfin sizə danışmağa imkan vermədiyini ehtimal edirsinizsə, məktubda bu ehtimallar aradan qalxır. Daha vacib bir məsələ, əgər adi şəraitdə stress və ya gərginlik kimi hallar ünsiyyətinizə mane olursa, məktubda belə maneələr yoxdur. Və nəhayət, məktub yazdığınız tərəf yazdıqlarınızı bir və ya bir neçə dəfə oxumaq imkanına malikdir. Buna görə də, ifadə etmək istədiyiniz məsələnin qəbul olunmamaq ehtimalı çox azdır.

mektub

Təbii ki, məktub təkcə problemlərinizi ifadə edən bir vasitə olmamalıdır. Bəzən bu məktub romantik hisslərinizdən, bəzən də keçmiş xatirələrinizdən bəhs etməlidir. Digər tərəfdən, bu cür yazışmalar tərəflər arasındakı ünsiyyəti artırmaq üçün də çox vacibdir. Əgər məktubda hər hansı bir probleminizdən bəhs etmisinizsə, ittihamedici cümlələrə yol verməməlisiniz. Təbii ki, təhqirlər və ya tənqidlər də məktubun keyfiyyətini aşağı salan əsas amillərdəndir. Bir də unutmayın, məktubda ifadə etdikləriniz sizin problemlərinizdir. Buna görə də, nə olursa-olsun, qarşı tərəfi ittiham etməməli və hiss etdiklərinizi (və ya yaşadıqlarınızı) sadə bir üslubla ifadə etməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir