Ev

Həyatı dəyişən səliqə möcüzəsi – 5 QIZIL QAYDA

Baxış sayı: 1. 199

Bütün həftəni iş başında keçirən xanımların ev təmizliyi etmək üçün çox az vaxtı olur. Həftə sonuna yığılan işlər onları o qədər məşğul edir ki, evin səliqəyə salma məsələlərinə vaxt ayıra bilmirlər. Burada söhbət gözə görünməyən, amma ən vacib işlərdən sayılan xırda yır-yığış işlərindəm gedir. Bəs nə etməli? Qısa müddətdə bütün işlərin öhdəsindən gəlmək üçün nələri bilməliyik?

Marie Kondo səliqəyə salma məsləhətçisi kimi məşhurdur. Kondo 2014-cü ildə nəşr olunmuş “Həyatı dəyişən səliqə möcüzəsi” adlı kitabında təkcə evi yox, beyni də təmiz saxlamağı təklif edir. Bundan əlavə,Yaponiyanın məişətdə səliqə yaratma mentoru Marie Kondo Netflix kanalında yayımlanan yeni proqramları sayəsində yanvar ayının ulduzuna çevrilib. KonMari üsuluna əsasən bu 5 addımda evinizdə sizə lazım olmayan əşyaları azaldıb, daha rahat ola biləcəyiniz hala gətirə bilərsiniz.

Beləliklə, xarici KİV-ə istinadən həmin 5 addımı təqdim edirik:

1) Əşyaları kateqoriyalara bölərək təmizləyin.

İlk öncə geyim, kitablar, kağızlar, müxtəlif xırda əşyalar və mənəvi dəyəri olan əşyaları sıra ilə gözdən keçirin.

 

2) Ehtiyac varsa, kateqoriyaları daha da bölün.

Məsələn, geyimlərdə tshirt, jeans, ətəklər, corablar, çantalar və s.

 

3) Yalnız sevinc saçan əşyaları saxlayın.

Əlinizə alın baxın bu geyim, ayaqqabı, kitab və s. nəsə ifadə edirmi? Sevinc gətirməyən əşya ilə sağollaşın, sizə xidmət göstərdiyinə görə təşəkkür edin.

 

4) Əşyaları ayırdıqdan sonra səliqəylə yerləşdirin.

Bəlkə də, əvvəlki kimi yerləşdirmək sizə uyğun deyil, daha səliqəli saxlamaq üçün öz məkanınıza uyğun üsullara nəzər salın.

5) Bir dəfəyə edin.

Məsələn, bir həftəsonunuzu ayırıb bütün evi əldən keçirin. Belə etməsəniz, bütün evdəki əşyaların çoxluğunu hiss etməyəcəksiniz, və yenə də lazımından artıq əşya saxlamış olacaqsınız.

 

Qısa müddətdə həm evi təmizləmək, həm də digər işlərin öhdəsindən gəlmək istəyirsinizsə, bu zaman ev işlərini ailə üzvləriniz arasında bölmək məsləhətdir. Məsələn, uşaqlarınızdan kömək istəyərək bu işləri vaxtında yerinə yetirə bilərsiniz. Ən xırda işləri onlar arasında bölməklə özünüzə xeyli vaxt qazanmış olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir