1) Özünüz baş verənlərə görə məsuliyyət daşımağı öyrənin.
Başqalarından gözləntiləri kəsin. Həyatımızda baş verənlərə görə məsuliyyəti biz daşıyırıq. Günahı başqasına yükləmək vərdişini bitirin. Həyatınızın məsuliyyətini maksimum dərəcədə üzərinizə götürün, buna dəyər, daha müdrik olacaqsınız! Harada səhv etdiyinizi araşdırın!
2) Qəbul etməyə çalışın…
Faktdır ki, insanlar dəyişir. Yalnız bunu özləri istəsələr. Özü istəməzsə, heç kəsi dəyişə bilmərik. Ancaq hər kəsi də olduğu kimi qəbul edə bilmək bizim əlimizdədir.
3). … və sizi yoran düşüncələri vaxtında buraxın…
Artıq olan olub, siz çarəsinə baxın… Zamanı geri qaytara bilmərik. Niyə oldu sualının cavabında araşdırma uzandıqca, çarəni tapmaq çətinləşəcək! Hər nə olubsa,xeyirliyə olub deyilən məsəl var…
4) Güclü olun!
Bizə ehtiyacı olan insanlar var. Elə məhz həmin ehtiyacları üçün güclü olmalıyıq. Ağıl və güc bizə məxsusdur, güclü olmaq tək onlaın xatirinə deyil, özümüzün də xeyrimizədir. Çünki kiməsə lazımsınız, sizə kimimsə ehtiyacı var duyğusu inanılmaz bir hissdir. Hər kəs bunu həyatında yaşamalıdır.
5) Nəticələri düşünün, bir anlıq istəkləri deyil!
Bəzi etdiyimiz hərəkətlər, hətta ən əhəmiyyətsizləri belə mütləq şəkildə həyatımızı dəyişdirir və başqalarının həyatına da təsir edir. Həyatın bir şahmat oyunu olduğunu düşünün və hərəkətinizin nəticələrini əvvəlcədən görməyə çalışın.
6) Cəsarətlə hərəkət etməyə çalışın!
Həyatda ən qeyri adi hiss tək sevgi deyil. Bu, hərəkətlərinin düzgünlüyünün, işlərinin əhəmiyyətliliyinin, həyatının düzgünlüyünün də hissidir.
7) Özünzü sizi sevən insanlarla əhatə edin.
Asan deyil amma..Axı ətrafımızda mütləq bizi sevməyən insanlar da var..Bu qədər sadədirsə, bizə niyə heç bir sevinc bəxş etməyən, içimizdə xoş hisslər oyatmayan, həyatımızı xoşbəxt etməyənlərlə ünsiyyət qururuq? Onlar təcrübə və mükəmməl olmaq üçün lazımdırlar…
8) Həyatınızda önəmli olan şeyləri heç vaxt olub olmayacağı bəlli olmayan gələn bazar ertəsinə təxirə salmayın…Bəzən həyatımızı dəyişdirmək üçün böyük şanslardan imtina edirik… Daim bir şey gözləyirik. Amma addım atacaq olan siz özünüzsünüz! Bunu unutmayın!
Ruhiyyə Rüstəmova
Klinik psixoloq, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq biliyinin təsisçisi