hamburger

Hamburgeri evdə hazırlayın – RESEPT

Baxış sayı: 1. 236

Kiçikdən-böyüyə çoxlarının sevimli yeməyi hamburger hazırlamaq istəyirsiniz? “Gencaile.az”-ın təqdim etdiyi bu reseptlə evdə, tam sağlam şəkildə hamburgerinizi hazırlaya biləcəksiniz.

 

Lazım olan ərzaqlar:

Çəkilmiş mal və ya toyuq əti

1 ədəd soğan

2 ədəd pomidor

Xiyar turşusu

1 çay stəkanı süd

Yarım dəstə cəfəri

1 çay qaşığı xardal

Duz, qara və qırmızı istiot

Ketçup

Kahı

Mayonez

Holland pendiri

Hamburger çörəyi

Image result for hamburger

Hazırlanması:

Bir qabın içərisinə çəkilmiş mal və ya toyuq əti, əzilmiş çörək, süd, xardal, duz, ədviyyat, xırda doğranmış cəfərini, soğanı əlavə edib yoğurun. İçlikdən hamburger küftələri hazırlayıb qızardın.

Hamburger çörəyinin içərisinə mayonez, ketçup vurub qızartdığınız küftələri əlavə edin. Daha sonra pomidor, xiyar turşusu, zövqə görə soğan, Holland pendiri, kahı qoyub yeyə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir