hamile

Hamilə qadınlar hansı dövrlərdə mütləq həkim nəzarətində olmalıdırlar?

Baxış sayı: 1. 864

İlk baş çəkmə mümkün qədər tez – hamiləliyin ilk əlamətləri (aybaşının gecikməsi, ürəkbulanma, ağız suyunun ifrazının artması, qoxulara reaksiya, yuxululuq və s.) yaranan zaman olmalıdır. Bu vacibdir, beləki, hamiləliyin 12 həftəsində artıq hamilə qadın müayinə olunmalı, onun hansı risk qrupuna aid olub-olmaması müəyyən olunmalı, gələcək müşahidə planı tərtib olunmalı və ağır somatik xəstəliklərin yer alması şəraitində hamiləliyin saxlanmasının məqsədəuyğunluğu həll olunmalıdır. Hamilə qadınların hamiləliyin fizioloci gedişi zamanı planlı həkimə baş çəkmə vaxtları: – 20 həfətəyə qədər ayda 1 dəfə; – 20 həfətədən sonra ayda 2 dəfə; – 32 həftədən sonra ayda 3-4 dəfə. Bu görüşlər zamanı qadının AT, bədən çəkisi ölçülür, aydın nəzərə çarpan və gizli ödemlər müəyyən olunur, qanın, sidiyin anlizləri qiymətləndirilir, dölün uşaqlıq daxili vəziyyəti və ürək döyüntüsü təyin olunur və s. Hamiləliyin gedişi ağırlaşmalarla müşayət olunarsa, hamiləliyə mənfi təsir göstərən ekstragenital xəstəliklər aşkar edilərsə, həkimə baş çəkmələrin sayı və həcmi fərdi olaraq təyin olunmur. Planlaşdırılmış baş çəkmələrdən başqa aşağıdakı hallarda mütləq (!) həkimə müraciət etmək lazımdır: – hamiləliyin müddətindən asılı olmayaraq, qarının aşağı nahiyyəsində çəkici xarakterli ağrılar, beldə və qarında tutmaşəkilli ağrılar yaranarsa; – cinsi yollardan qanlı ifrazatın gələrsə; – dölyanı sular açılarsa; – tutmalar başlayarsa; – özünüzü pis hiss edirsinizsə: gözünüzün önündə “qara kölgələr” əmələ gəlir, baş ağrı, mədədə ağirlıq. Belə hal AT yüksəlməsi ilə əlaqədar ola bilər; – bədən tempertur yüksələrsə; – yuxarı və aşağı ətraflarda ödem yaranarsa; – uzun müddətli sakitlik halından sonra, bir neçə saat ərzində döl hərəkət etməzsə.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir