hamile

Hamilə sərnişinlərə uçuş tövsiyələri

Baxış sayı: 1. 661

Yeni məsləhətlərə görə uçmaq üçün ən salamat vaxt hamiləliyin 37-ci həftəsinədək, ekizlərə hamilə olanlara isə hamiləliyin 32-ci həftəsindək olan müddətdir.

Britaniyanın Kral Mamaçalıq və Ginekoloqlar Kolleci (The Royal College of Obstetricians and Gynaecologists — RCOG) bildirir ki, aşağı riskli hamiləlik zamanı təyyarə üçüşları təhlükəli deyildir, lakin bunun yan fəsadları ola bilər.Əgər hamiləlik 28 həftədən artıqdırsa, səfərə çıxarkən qadın tibb kitabçasını və sahə həkimindən alınmış məktubu özü ilə götürməlidir. Bir çox hava şirkətlərinin hamiləliyin hansı müddətində uçuşa icazə verilməsinə dair öz qaydaları mövcuddur.

Uçuş zamanı hamının azacıq radiasiyaya məruz qalmasına baxmayaraq, uçuşların uşaq salınmasına, erkən doğuşa və ya uşaqlıqdan su açılmasına səbəb olduğu barədə dəlillər yoxdur.

Uçuş zərərsizdir
Uçuş zamanı təyyarə salonunda təzyiqin dəyişməsinin və rütubətin azalmasının hamiləliyə zərərli təsiri barədə də faktlar məlum deyil.RCOG-un buraxdığı məsləhət vərəqəsində deyilir ki, hamiləlik normal gedirsə, uçuş qadın və onun bətnindəki uşaq üçün zərərsizdir.Bundan əvvəl, bətnində birdən artıq uşaq olan qadınlar üçün salamat üçüş müddəti hamiləliyin 34-cü həftəsinədək müəyyən edilmişdi, lakin indi bu müddət, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association-IATA) tövsiyəsi ilə 32 həftəyə endirilib.Hamiləliyin 37 həftəsindən sonra doğuş hər an baş verə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir