hamile

Hamiləlik depressiyası ilə necə mübarizə aparmalı?

Baxış sayı: 1. 657

Hamiləlik depressiyası təəssüf ki, qadınların təxminən üçdə birində rast gəlinən psixoloji problemlər arasında yer alır. Bu depressiyanın görülməsinin səbəbləri bədən quruluşunda yaşanan dəyişikliklər, uşağa baxmaq, onun gələcəyinin düşünülməsi, ailənin maddi və mənəvi vəziyyəti, doğumun necə olacağı kimi bir çox qorxu və narahatlıqlardır.

Bu qorxu və narahatlıqların yaşanması olduqca normal və lazımlıdır. Ancaq bunlar idarə edilə bilməyəcək bir səviyyəyə çatdıqda və ananın həyatına təsir edəcək dərəcədə olduqda böyük problemə çevrilir və tezliklə bunu aradan qaldırmaq üçün müəyyən üsullardan istifadə etmək lazımdır. Əks halda həm ananın, həm də uşağın sağlamlığı təhlükə altında olar. Lakin depressiyanın müalicəsində istifadə olunan dərmanların hamiləlikdə istifadəsinin mümkün olmaması bu problemin həllini daha da çətinləşdirir.

Özünüzü kefsiz və neqativ bir əhval-ruhiyyədə hiss edirsinizsə, özünüzə zərər vermək hətda intihar etmək fikri ağlınızdan keçirsə, bundan əlavə yuxu problemləri, həyat yoldaşınızla savaşmaq və iştahsızlıq kimi əlamətlər də hiss edirsinizsə, hamiləlik depressiyası yaşayırsınız deməkdir və belə olan halda tezliklə həkimə müraciət etməlisiniz.

Bu problemə qarşı ən təsirli vasitə əlbəttə ki, peşəkar psixoloqlarla birgə hərəkət etmək və onların tövsiyələrini diqqətə almaqdır. Bunun sayəsində bu müddəti həm uşağınızın, həm də özünüzün sağlamlığı üçün faydalı olacaq şəkildə başa vura bilərsiniz.

Bununla yanaşı balıq məhsulları yeyərək də xoşbəxtlik hormonu ifrazını artıra bilər, gündə iki saat günəş işığı qəbul edərək duyğularınızın aktiv edilməsinə şərait yarada bilərsiniz. Bundan başqa akupunktur(iynəbatırma) terapiyasından istifadə edərək alternativ tibbin çarələrindən də faydalana bilərsiniz. Ancaq bütün bu müalicə üsullarını tətbiq etməzdən əvvəl həkiminizlə danışmalı, özünüz və uşağınız üçün uyğun olub olmadıqlarını öyrənməlisiniz. Belə ki, bədəninizin bu üsullara necə reaksiya verəcəyini bilmək depressiyayla mübarizədə işinizi asanlaşdıracaqdır.

Müalicəsi təbii yollarla aparıla bilməyən depressiyalarla mübarizə zamanı həm psixiatrınızın, həm də hamiləlik ərzində müraciət etdiyiniz ginekoloqunuzun birgə çalışması lazımdır. Psixiatrınızın yazdığı dərmanların hamiləliliyinizə zərəri olub olmadığını ginekoloqunuz yoxlamalı və ancaq bundan sonra siz onları qəbul etməyə başlamalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir