hamile

Hamiləlik dövründə qadınları maraqlandıran 8 vacib sual

Baxış sayı: 1. 598

İlk dəfə valideyin olanlar hamiləlik dövründə 8 vacib məsələyə diqqət  yetirməlidirlər.Bu sual və məsələlərə ultrasəs müayinəsi uşaq üçün zərərlidirmi, avtomobildə olarkən (avtomobildə uzaq səfərdə olarkən) nələrə diqqət yetirmək lazımdır, hansı qidaları qəbul etmək olar, hamiləlik dövründə hansı narahatlıqlar gözlənilir, çoxlu miqdarda  qida qəbul etmək lazımdırmı,  çatlar mütləq olmalıdırmı, doğulacaq körpə nə vaxt hərəkət edəcək,  doğumun başladığını haradan və necə anlamaq olar və s. suallar aiddir.

Bunları bilməklə hamilə olan xanımlar yalnız bədəninə deyil eyni zamanda gündəlik həyatda baş verən  hadisələrə olan münasibətini dəyişəcəklər. Başqa sözlə ifadə etsək  bununla birlikdə hamiləlik və doğum ilə əlaqədar onları düşündürən suallara cavab tapacaqlar.

1. Ultrasəs müayinəsi uşaq üçün zərərlidirmi?
Mütəxəssislər ultrasəsin uşaqlar üçün zərərsiz olduğunu iddia etmirlər. Buna görə də bu üsul körpəni seyr etmək üçün bir adətə çevrilməməlidir,  yalnız körpənin inkişafını müşahidə etmək üçün istifadə olunmalıdır. Problemsiz keçən bir hamiləlikdə üç dəfə əhatəli olaraq ultrasəs müayinəsi olur. Bu müayinələr hamiləliyin  9,12, 19-22 və 29- 32 həftəsində aparılır.

2. Avtomobildə olarkən (avtomobildə uzaq səfərdə olarkən) nələrə diqqət yetirməlidir? Uzun sürən səfərlərdə tez-tez fasilə etməlisiniz. Tualet ehtiyacınızı vaxtında yerinə yetirməlisiniz. Qollarınızı və qıçlarınızı fasilələr zamanı hərəkət etdirmək yaxşı olar. Fasilə müddətində ən yaxşısı kiçik bir gəzintidə olmaqdır. Kifayət miqdarda maye qəbulu çox önəmlidir. Təhlükəsizlik kəmərinin alt hissəsi qarın nahiyəsinin aşağı qismini tutmalıdır. Beləcə ola biləcək bir qəza anında qarınınız təzyiq görməmiş olar. Bətndəki döl üçün narahat olmağa ehtiyac qalmaz. Çünki plasenta ona lazım olan qorumanı təmin edir.

3. Hansı qidaları qəbul etmək olar? Müəyyən olunmuş bir neçə yemək xüsusilə toksoplazma artırdıqları diqqətli bir şəkildə qəbul olunmalı və ya tamamilə menyudan çıxarılmalıdır. Bunlara çiy qırmızı ət və ya çiy kiftə (türk menyusundan), çiy yumurta və çiy süd məhsulları daxildir. Salatı daim çox yaxşı yumaq lazımdır. Mümkünsə ciyər əti yeməkdən uzaq olmaq məsləhətlidir. Hər hamilə qadının  şəxsi vəziyyətindən qaynaqlanan müxtəlif halları vardır. Buna görə də həkiminizin qəbulunda olarkən hansı qidalardan imtina edəcəyiniz və hansı qidaları qəbul edəcəyiniz haqda mütləq məsləhətləşin.

4. Hamiləlik dövründə hansı narahatlıqlar gözlənilir? Hormonlarınızın dəyişməsi bədəndə  müxtəlif halların yaranmasına şərait yaradır. Bunlara: Yorğunluq. Progesteron uşaqlığa müsbət təsir göstərirsə, eyni zamanda yorğunluğa səbəb olur. Bu səbəbdən  xüsusilə hamiləliyin ilk aylarında özünüzü tez-tez yorğun hiss edəcəksiniz. Bu normal bir haldır.  Bu problemin ən yaxşı həlli çoxlu istirahət  və yatmaqdır. Mədə yanması.  Hamiləliyin son aylarında körpə mədəyə təzyiq göstərir. Bununla bağlı olaraq mədə turşusu yüksəlir və ağızda acı bir dad olur. Belə bir vəziyyətdə su və ya  süd içmək məsləhətdir. Qəhvə və şəkərli qidalar qəbul etmək məsləhət deyil. Qəbizlik. Bu problemi həll  etmək üçün bol təbii qidalar qəbul olunmalıdr. Kəpəkli qidalar və ya bağırsaqlarınızın normal vəziyyətdə olmasını təmin edəcək qidalar qəbul etmək məsləhətdir. Çoxlu miqdarda maye qəbul edib, gəzişməkdə əla təsir bağışlayacaq. Bağırsağı işə salan və ya işlədici dərmanlardan  istifadə etmək olmaz. Tez-tez sidiyə çımaq düzgün deyil. Bu yeni doğulacaq körpənin təzyiqinə mənfi təsir göstərə bilər. Vəziyyət sizə darıxdırıcı gəlsə də hər hansı bir zərəri yoxdur. Ürək bulantısı. Hormonların dəyişməsi ilə  bağlı olaraq mədə bulantısı keçirə bilərsiniz. Başlıca olaraq səhərlər qarşılaşacağınız bu cür vəziyyətlər gün boyu olmayacaqdır. Mümkünsə yüngül sovuşdurmaq üçün çay için və dərhal yataqdan qalxmayın.

5. Çoxmu qida qəbul etmək lazımdır? Hamiləlik müddətində  6 və 20 kilo artıq çəki almaq normaldır. Doqquz ay ərzində enerji ehtiyacınız çox yüksək olacaq. İlk üç ayda gündə 2400 kalori almaq kafi sayılır. Bir hamilənin bu qədər kalori istehlak etməsi normal hesab olunur. İkinci üç ayda gündə 2600, son üç ayda isə gündə 2800 kalori istehlak etmək olar. Hamilə qadınların bu dövrdə yüksək miqdarda vitamin və mineral qəbul etmələrinə ehtiyacı var. Qırmızı ət, balıq, süd məhsulları, kartof, kəpəkli məhsullar hüceyrə istehsalında faydalıdır. Buna görə də normal ehtiyacın iki qatını almaq lazım gəlir. Tərkibində kalsium (gündə yarım litr süd, süd məhsulları) olan qidalar körpənin sümük və diş əmələ gəlməsi üçün çox əhəmiyyətlidir. Tərkibində dəmir (qırmızı et, kəpəkli çörək, yaşıl tərəvəzlər) qidalar isə qan istehsalını dəstəkləyir. Vitaminlər (meyvə, tərəvəz, kəpəkli və südlü məhsullar) ahəngdarlığı təmin edirlər. Şirin su balığı və yodlu duz orqanizimdə olan yod əksikliyini aradan qaldırır.

6. Çatlar mütləq olmalıdırmı? Bu tamamilə dərinizin quruluşu ilə bağlı olan bir məsələdir. Amma qadınların 70 %-dən çoxu hamiləlikdə orqanizimlərinin müəyyən nahiyələrində  olan çatlarla qarşılaşır. Bunu təbii qarşılamaq lazımdır, çünki,  qarnın diametri 50 — 60 sm-ə qədər böyüyür və bu vəziyyət dəri üçün ağır bir yük olur. Liflərin maksimum əsnək olması nəticəsində dəriniz zəifdirsə cırıla bilər. Hamiləliyin 18 həftəsindən etibarən hamilə qadınların qarın nahiyələrini buğda köklü yağlarla masaj etmələri məsləhət görülür.
7. Doğulacaq körpə nə vaxt hərəkət edəcək? Hamiləliyin ən vacib anlarından biri də  körpənin  ilk hərəkətinin duyulmasıdır. Hamiləliyin 20 həftəliyində ilk hərəkətlər hiss edilir. Təcrübəli analar və əkiz gözləyənlər 18 həftədən etibarən bu mövzu ətrafında müxtəlif narahatçılıqlar keçirirlər.

8. Doğumun başladığını haradan anlamaq olur? Ən əhəmiyyətli əlamətləri sancıların başlaması və ya suyun gəlməsidir. Belə bir vəziyyətdə dərhal xəstəxanaya müraciət etmək lazımdır. Bəzi qadınlarda o günlər günün əvvəlindən axıntı ilə başlayır. Bəzilərində isə narahatlıq və ya ishal ilə müşahidə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir