HAMILE

Hamiləlik dövründə yaşanan stress körpəyə necə təsir edir?

Baxış sayı: 1. 654

Stress bizim gündəlik həyatımızda artıq adi qəbul etdiyimiz bir haldı. Özümüz bu hallardan uzaqlaşa bilməsək də, əlimizdən gəldiyi qədər çalışırıq ki, uşaqlarımız stresdən uzaq olsunlar. Bunun üçün ilk növbədə hamiləlik dövründən öz psixikamızı stress yaradan faktorlardan uzaq tutmağa çalışmalıyıq.

Hamiləlikdə həm qadın, həm də ətrafı üçün xüsusi və fərqli bir dövr başlayır. Bu dövrdə hamilə qadının bədənində, duyğularında və həyat tərzində bir çox dəyişiklik meydana gəlir. Xüsusilə hamiləliyin ilk 3-cü ayında. Tez-tez səbəbsiz ağlayır, arzu edilən hamiləlik olsa belə ilk aylarda hamiləliyi qəbul edə bilməmə hissi yaranır, özünə qapanma və passivlik meydana gələ bilir. Qarşıdakı aylarda da bədəndəki dəyişiklikləri mənimsəyə bilməmə vəziyyəti yarana bilər. Son aylarda isə ümumiyyətlə doğum qorxusu, sağlam körpə dünyaya gətirmə narahatlığı “Yaxşı ana ola biləcəyəcəyəm?” qayğısı yaşana bilər.

 

Stresi yaradan səbəblər…

Hamiləliklə bağlı ortaya çıxan ürək bulanma, qusma, tez-tez sidiyə getmə, bel ağrısı, əllərdə və ayaqlarda şişliklər, çəkinin artması kimi dəyişikliklər hamilə qadın üçün stress qaynağı ola bilir. Hamiləlik müddətində ortaya çıxan hormonal dəyişmələr də qadının psixoloji vəziyyətində dəyişikliklərə səbəb ola bilir. Körpənin sağlam olub olmadığı az qala bütün qadınları narahat edir. Xüsusilə ilk hamiləliyini yaşayanlar analar daha çox narahat olur. Qadınların bir çoxu doğum sancılarına dözə bilməyəcəklərini, doğumda səhv bir şey edərək körpəsinə zərər verə biləcəyini düşünürlər. İqtisadi səbəblər də stresə səbəb olur. Körpənin doğumu və sonrasındakı xərclərin çətinlik qorxusu həm ananı, həm atanı narahat edir. Əsasən də riskli hamiləlik səbəbiylə işindən ayrılıb, evində hamiləliyini keçirmək məcburiyyətində qalan bir qadın üçün hamiləlik müddəti çox daha stressli və narahatverici olur. Bütün bu düşüncələr hamiləlikdə stress yaradan faktorlardandi.

 

Hamiləlik dövründə yaşanan stress körpəyə necə təsir edir?

Hamiləlik dövründəki stress həm anaya, həm körpəyə mənfi təsir edir. İlk olaraq onu qeyd edim ki, stress erkən doğuma səbəb olur. Bəzi stress hormonları plasentaya gedən damarlarda daralmağa səbəb olur, körpəyə daha az oksigen və qida maddəsi getməsinə səbəb olur. Bu vəziyyət körpələrdəki inkişaf geriliyinə səbəb olur. Stress nəticəsində dünyaya gələn uşaqlarda diabetə, beyindaxili təzyiqə, alergiyaya tutulma ehtimali 2 qat daha çoxdur. Həmçinin onlarda davranış pozuntuları da müşahidə olunur.

 

Bəs nə etməli?

Hamiləlik fizioloji bir hadisədir. İnsan bədəni bu möcüzəvi hadisəni reallaşdıra bilmək üçün olduqca yaxşı inkişaf etmiş bir adaptasiya mexanizminə malikdi. Ana namizədinin özünü gözləyən dəyişikliklər mövzusunda yaxşı məlumatlandırılması çox əhəmiyyətlidir. Həmçinin hamiləlik müddətində ana nələrin normal, nələrin anormal olduğunu bilməlidir ki, özünü rahat hiss etsin.

Hər hamilə qadın şəxsi və iş həyatındakı stress qaynaqlarını təyin etməli və bunlarla mübarizə üsulları tapmalıdır. Buna görə hamilə bir qadın sağlam qidalanmalı, kifayət qədər yatmalı, spirt və siqaretdən uzaq dayanmalı və fiziki fəaliyyətdə olmalıdı. Fiziki fəaliyyət-yorğunluq, halsızlıq və bel ağrıları kimi hamiləlik ilə əlaqədar narahatlıqlarını azaldır.

Ən vacib nöqtə də qadının həyat yoldaşı, ailəsi və dostları tərəfindən dəstək görməsidi. Yaxın ətraf hamilə qadına mənəvi dəstək olmalı və işlərində köməkçi olaraq da ana namizədinin yaşadığı stressin azalmasına köməkçi olmalıdır. Bütün bunlardan əlavə hamilələr mütləq mütəxəssis dəstəyi almalıdırlar. Çünki bu hamiləlikdən sonrakı dönəmdə qadınların depresiyaya düşməsinin qarşısını alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir