Hamiləlik dönəmində sağlam və rahat alt paltarı seçmək olduqca önəmlidir. Bunu nəzərə alaraq “Gencaile.az” ana olacaq oxucularına bəzi məsləhətlər təqdim edir.
Hamiləliyin ilk 3 ayında sinələr böyüməyə başlayır. Bu dönəmdə nə böyük, nə də kiçik ölçüdə, sinəni tam tutacaq və geniş asılqanlı büstqalterlərə üstünlük verilməlidir. Sinələri həddən çox böyüyən qadınlar üçün gecə yatarkən geniş büstqalterlər taxmaq məsləhətdir. Hamiləlik zamanı döşlərin deformasiyaya uğraması qadınların düzgün büstqalterdən istifadə etməməsiylə əlaqədardır. Sinənin toxuması deformasiyaya uğradığında geri dönüş mümkün deyil. Xalq arasında əmizdirmənin döşlərin formasını korladığına inanılır. Ancaq bu, yanlış inancdır. Əsas düzgün büstqaltr seçməkdir.
Hamiləlik zamanı sintetik olmayan, təmiz pambıqdan geniş alt paltarları geyinin.