Hamiləlik dövründə bədəndəki estrogen və progesteron hormonlarının artması ilə dişlərdə çürümə və iltihab yarana bilər. Dişlərə düzgün qulluq etdikdə hamiləlik dövründə də diş sağlamlığını qorumaq mümkündür. Türkiyəli diş həkimi Çağdaş Kışlaroğlu hamiləlik müddətində diş sağlamlığı ilə əlaqədar xanımlarım diqqət etməli olduqları məqamlardan danışıb. “Gencaile.az” Aile.lent.az-a istinadən mütəxəssisin məsləhətləri ilə sizi də tanış edir.
Hamiləlikdə tez-tez qidalanan qadınlar diş qulluğuna laqeyd yanaşırlar. Bu isə diş sağlamlığında ciddi problemlərə səbəb olur. Bununla yanaşı, hamiləlikdə baş verən qusma halları zamanı ağıza gələn mədə turşusu da dişlərə zərər verir. Odur ki, ağız və diş qulluğuna diqqət göstərmək lazımdır: “Daimi diş müayinəsi, diş fırçalamaq və diş ipi istifadə etmək diş itkinlərinin qarşısını almaqda böyük əhəmiyyət daşıyır. Hamiləlikdə yarana biləcək diş problemlərinin müalicəsində istifadə edilən dərmanlar və diaqnoz üsulları qadınları narahat edə bilər. Buna görə də istehsalçı firmaların xəbərdarlıqlarına diqqətlə yanaşmaq lazımdır”.
Həkim deyir ki, rentgen müayinəsi vacib deyilsə, edilməməlidir. Əgər təcili diş müalicəsi təyin olunmalıdırsa, qadına önlük geyindirilməli və rentgen sürətli çəkilməlidir. Mütəxəssis bununla yanaşı müalicədə aşağı doza tətbiq edilməsini vurğulayır. Körpənin orqanlarının inkişafının sürətlə getdiyi hamiləliyin ilk 3 ayında dental müalicələrdən qaçmaq lazımdır: “Diş ağrısı şiddətli olduğu hallarda, körpə və ananın sağlamlığı üçün stomatoloq və ginekoloqun işbirliyi olmalıdır. Bu əməkdaşlıq yarana biləcək problemlərin qarşısını almaq üçün faydalı olar. Hamiləliyin 4 və 6-cı ayında diş müalicələrinin tətbiq olunması ən doğru zamandır. Bu dövrdə kanal müalicəsi, diş çəkilməsi, plomb kimi təxirə salınması mümkün olmayan əməliyyatlar rahatlıqla tətbiq oluna bilər. Hamiləliyin son 3-cü ayında erkən doğuş riski yaşana biləcəyi üçün təcili olmayan dental müalicələrdən başqa hər hansı bir əməliyyat tətbiq olunmamalıdır”.
Hamiləlikdə dişə qulluq necə olmalıdır?
Qadınlar hamiləlik zamanı ağız və diş sağlamlığına normal dövrlərdən daha çox diqqət göstərməlidirlər. Bu baxımdan həkimin məsləhətləri:
– Hamiləlik əsnasında ortaya çıxan hormon artımı xarici faktorlara, xüsusilə bakteriyalara qarşı daha həssaslıq yaradır. Bunun üçün gündəlik ağız və diş qulluğuna laqeyd yanaşmaq olmaz.
– Qadınlar hamiləlikdən əvvəl tam ağız müayinəsindən keçməlidirlər. Ağız gigiyenasının qayğısına qalmaq üçün bu, vacib addımdır.
– Hamilələr gündə ən az iki dəfə diş fırçalamalı və diş ipi istifadə etməlidirlər.
– Hamiləlikdə ağız qarqaraları və ya ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini rahatladır və diş əti həssaslığını azaldır.