sac boyamaq

Hamiləlikdə saçları boyamaq olar? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 762

Hamiləliklə bağlı ən çox verilən suallardan biri də hamiləlik zamanı saçların boyanması, hansı boyalardan istifadə olunması ilə bağlıdır.

“Gencaile.az” saytı Cərrah-ginekoloq, uzman həkim Turab Canbaxışovun bununla bağlı fikirlərini təqdim edir.

Hamiləlik zamanı saçlarımı boyaya bilərəmmi sualı klinik təcrübədə ən çox verilən suallardan birincisidir. Bu sualı cavablandırmaq yalnız ölkəmizdə deyil, bütün dünyada çox çətindir. Çünki cəmiyyətin bir qismi bunun inkişafda olan döl üçün zərərli olduğunu düşünsə də, digər qismi bunun tam əksini deyir. Çox təəssüflər olsun ki, bu fikir ayrılığı mama-ginekoloqlar arasında da mövcuddur. Bəzi həkimlər seçici münasibət göstərərək ilk trimesterdən sonra saçların boyanmasına icazə verirlər.

Aparılan araşdırmaların heç birində hamiləlik zamanı saç boyamanın zərərli ola bilməsini təsdiqləyən bir əlamət əldə edilməyib.

Saç boyaları haqqında ən çox araşdırma aparılan kosmetik vasitələrdən biridir. Qadınların ayda 1 və ya iki dəfə saçlarını boyayan zaman istifadə etdiklərindən daha çox miqdarda saç boyaları ilə aparılmış heyvan təcrübələrində inkişaf etməkdə olan dölə hər hansı bir teratogen təsir (anomaliyaya səbəb olacaq) aşkar olunmayıb.

Aydın olan başqa bir həqiqət isə, saç boyalarının tərkibində olan kimyəvi maddələrin hamısının toksiki miqdarda olmamasıdır.

Mövzu haqqında dünyadakı ən hörmətli qurumlardan biri olan və çoxalma sistemi üzərindəki potensial riskləri araşdıran Amerika Teratoloji İnformasiya Xidməti “əlimizdəki sübutların məhdud olmasına baxmayaraq böyük ehtimalla hamiləlik zamanı saç boyaması təhlükəsizdir” şəklində fikir bildirir.

Bənzər şəkildə Amerika Mama Ginekoloji Kolleci (American College of Obstetricians and Gynecologists – ACOG) də hamiləlik zamanı saç boyatma və saçın kimyəvi maddələrlə burulmasının zərərli olmadığını nəşr etdirdiyi məqalələrdə elan edib.

Bəzi həkimlər xəstələrinə bitki tərkibli saç boyalarını istifadə etməyi məsləhət görürlər. Satışda bu növdən olan çox sayda məhsullar vardır. Ancaq bu məhsulların tərkibi araşdırıldığında onlarda da, eynilə kimyəvi boyalarda olduğu kimi bir çox qatqı maddəsinin olması asanlıqla aşkar edilə bilər.

Nəticə olaraq, hamiləlik zamanı saçlarımı boyaya bilərəm sualının cavabı “bəli”dir.

Əgər həkiminiz saçlarınızı boyamağa icazə vermirsə və ya boyamaq üçün ilk trimesterin başa çatmasını gözləməyinizi təklif edirsə, ondan buna hansı səbəblə və hansı elmi məlumata istinad edərək icazə vermədiyini soruşun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir