hamile

Hamiləliklə bağlı 10 məqam

Baxış sayı: 1. 170

Ana olmağa hazırlaşırsınız. Təbii ki, həyəcanlısınız. Bəlkə də, bu hissi ilk dəfədir ki, yaşayırsınız. Elə isə doqquz ay davam edən bu çətin dövrdə həm uşağınızın, həm də sizin sağlamlığınız üçün vacib olan 10 məqama diqqət yetirək:

1) Hamiləlik dövründə dərinin quruması və ya tündləşməsi təbiidir. Buna görə də, çalışın ki, dəriniz həmişə təmiz və nəmli olsun. Bunun üçün sabun əvəzinə təmizlik losyonlarından, isti su əvəzinə isə ilıq sudan istifadə edin.

2) Hamilə qadınlar üçün idmanın nə qədər vacib olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bu baxımdan üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.

3) Hormonlar diş ətlərini yumşaltdığı üçün dişlərinizlə bağlı problemlər meydana gələ bilər. Buna görə də, hər yeməkdən sonra dişlərinizi fırçalamağı, diş ipindən istifadə etməyi unutmayın. Bundan başqa, yeməklər arasında şirin şeylərdən uzaq olun.

4) Hamiləlik dövründə yuxuya riayət etmək də çox vacibdir. Belə ki, gecələr ən azı səkkiz saat yatın. Günortadan sonrakı “gözəllik yuxusu”nun isə sizə rahatlıq gətirəcäyini unutmayın.

5) Hamilə qadınları narahat edən problemlərdən biri də hamiləlik çatlarıdır. Ancaq hamiləlik çatlarının qarşısını almaq mümkün olmasa da, nəmləndirici kremlərlə dərinizin elastikləşməsinə nail ola bilərsiniz.

6) Hamiləlik dövründə fiziki hərəkətlərə ehtiyac hiss etmək də təbiidir. Ona görə də, əgər fiziki hərəkətlər etmək istəyirsinizsə, mütləq həkiminizlə məsləhətləşin. Bir də çalışın ki, bu hərəkətlər sizi yormasın.

7) Hamiləliyin 18-ci həftəsinə doğru əzələlərin boşalması və bağırsaqların tənbəlləşməsi qəbizliyə səbəb ola bilər. Bunun üçün təzə meyvələr və kəpəkli qidalar (çörək və makaron da daxil olmaqla) qəbul edə bilərsiniz.

8)  Hamiləlik dövründə çəki artdığı üçün qarın nayihəsində qaşıntılar əmələ gəlir. Belə hallarda krem və yağlarla dərini masaj edə, qan dövranını sürətləndirərək qaşıntını aradan qaldıra bilərsiniz.

9)  Hamiləlikdə saçlarınız dəyişikliyə məruz qalırmı? Həmişəkindən daha quru və ya yağlıdırmı? Bütün bunlar müvəqqəti olduğu üçün narahat olmayın. Saçlarınızı şampunla yuyaraq bu problemi aradan qaldırmağa çalışın.

10)  Hamiləlikdə bəzi qadınların dırnaqları çatlayır və ya sınır. Əgər sizdə də belə bir hal varsa, narahat olmayın. Sadəcə olaraq, qab-qacaq yuyarkən əlcək geyin, ya da krem və losyonlardan istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir