hamilelik

Hamiləliyin idarə edilməsində nələrə diqqət etməli?

Baxış sayı: 1. 745

Hamiləliyin idarə edilməsi: müxtəlif zamanlarda müayinələrin edilməsi və analizlərin verilməsi
Hamiləlik testinə baxarkən iki xətt görünən zaman bir çox suallar meydana çıxır. Ginekoloqa nə zaman getmək lazımdır, qadın məsləhətxanasında nə zaman siyahıya salınmaq lazımdır? Hansı analizləri və nə zaman vermək lazımdır? Biz sizə hamiləliyin hansı dövrlərində həkimə getmək və hansı müayinələrdən keçmək lazım olduğu barədə məlumat vermək istəyirik.
Hamiləlik müddətində müayinələr və analizlərin verilməsi barədə həkimlər tərəfindən xüsusi plan hazırlanıb. Bu planda hamilə qadının doğuşa qədər hansı müddətdə həkimə müraciət etməsi, hansı müayinələrdən keçməsi barədə məlumatlar qeyd edilib. Bu plan bir çox ölkələrin Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib. Hamiləlik ağırlaşmaları və ananın xroniki patoloji vəziyyəti, verilən analizlərin və keçirilən müayinələrin nəticələrinin, həkim baxışlalırın sayı plana əsasən qeyd edilərək saxlanılır. Bu zaman müayinələr xüsusi həkim tərəfindən və ya stasionar şəraitində aparıla bilər.

hamile
İlk beş və on iki həftə arası(birinci üçaylıq) 

On iki həftəyə qədər hamilə qadın ən azı bir dəfə də olsun həkimin qəbulunda olmalıdır. Bu müddət ərzində birincili müayinənin nəticələri, verilən analizlərin cavabları, USM nəticəsi xəstəlik tarixçəsinə yazılır. Həkim hamilə qadınla söhbət edərkən onun ümumi vəziyyəti barədə məlumat toplayır, sonuncu aybaşının vaxtını və xarakterini, qadında müxtəlif xəstəliklərin, patologiyaların olub olmamasını öyrənir. Bu qadın orqanizminin ümumi vəziyyətini öyrənmək üçün vacibdir.
Hamilə qadın həkimə ilk dəfə gəldiyi zaman həkim onun qidalanma və həyat rejimini, onun vitamin və minerallar qəbul edib etmədiyini öyrənir, qadının nəbzini, təzyiqini ölçür, onu ginekoloji masada müayinə edir, yaxma götürür. İlk həkim müayinəsində olan zaman hamilə qadın EKQ, terapevt, okulist, stomatoloq lor və lazım olun digər həkim müayinələrindən keçir.

Növbəti iki həftə sonrakı müayinədə hamilə qadın bir çox müayinələrdən keçməlidir: 
qanın ümumi analizi, böyrəklərin və sidik kisəsinin fəaliyyətinin yoxlamaq üçün acqarına götürülmüş sidiyin analizi, uşaqlıq yolunda genital və gizli infeksiyaların yaxma vasitəsilə müayinəsi, qadnın ümumi analizi, qanda olan elementlərin və hemoqlobinin miqdarı
Bu müayinələr qadının ümuni vəziyyəti barədə məlumat verir.
Müayinə zamanı hamilə qadının və ərinin rezus faktoru aydınlaşdırılır, qanda B və C hepatitinin, siflisin, AİDS-in olub olmaması yoxlanılır.
Qanda toksiplazma, sitomeqalin, mikoplazma və herpesin olmasının öyrənilməsi də əsas şərtlərdən sayılır. Bu dölün infeksiya ilə zədələnməsini müəyyən edir. Tibb elmi adları kəçilən infeksiyaların döl üçün təhlükəli olduğunu təsdiq edir.
Hamilə qadının qanında qlükozanın miqdarını təyin etmək diabet riskinin və orqanizmin qlükozaya olan tolerantlığını müəyyən edir.
Qanın laxtalanma qabiliyyətini müəyyən etmək hamilə qadında qanaxmanın və ya trombozun olmamasının qarşısını almağa yardım edir.
Hamilə qadının həkimə ikinci gedişi hamiləliyin 10 həftəliyinə planlaşdırılır. Bu zaman qadın sidiyin ümumi analizini yoxlatdırır.
Həkimin planlı surətdə qadına USM müayinəsi təyin etməsi hamiləliyin 11-12 həftəliyində baş verir. Bu müayinə zamanı döldə genetik anomaliyaların və ürək qüsurlarının olması aydınlaşdırılır. Bu zaman qanın analizi verilərək xorionik qonaqdotropin və plazmada zülalın olması araşdırılır.

hamiləlik, qadın, kişi

Hamiləliyin ikinci üç aylığında olan müayinələr(13-28 həftə) 

Hamiləliyin ikinci üçaylığında hər ay həkim müayinəsində olmaq lıazımdır. 16 həftəliyində həkim uşağın ürək döyüntülərinə xüsusi stetoskopla qulaq asır, uşaqlığın aşağı hissəsinin hündürlüyü, qarın dairəsini ölçür, uşağın inklişafını müəyyənləşdirir. Bu parametrlər qadının hər həkimə gəlişində ölçülür və qeyd edilir.
16-20 həftəliyində qanda alfa-fetoproteinin və sərbəst estriolun miqdarı aydınlaşdırılır.
Hamiləliyin 18-ci həftəsində qanda şəkərin miqdarı və mədəaltı vəzin ölçüsü mütləq ölçülməlidir.
20-24 həftəliyində hamilə qadın USM müayinəsindən keçməli və döldə ürək qüsurlarının inkişaf etməsi, dölün vəziyyəti, yerləşməsi, cinsi, boyu və çəkisi müəyyən edilir. Bu dövrdə doppler müayinəsi vasitəsilə dölün qan dövranı qiymətləndirilir.
Hamiləliyin 22-ci həftəsində qadın yenidən həkim müayinəsində olur, uşaqlığın alt hissəsinin hündürlüyü, qarın çevrəsinin ölçüsü, təzyiq və çəki ölçülür. Bu zaman həkim qadından USM və analizlərin müayinəsinin cavablarını tələb edir.
Hamiləliyin 26-cı həftəsində həkim sidik müayinəsinin cavablarına yenidən baxır, qadının təzyiqini və nəbzini, uşağın ürəkdöyüntüsünü, uşaqlığın vəziyyətini müayinə edir.

hamile
Hamiləliyin üçüncü üçaylığı(29-40 həftə) 

Hamiləliyin üçüncü üçaylığında həkimə getmək daha çox vacib sayılır. Bu zaman həkim qadının çəkisinin dəyişikliyinə, təzyiqinə və qarnının ölçüsünə nəzarət edir, qadından bütün analizləri verməyi tələb edir. Bu müddətdə analıq məzuniyyətinin, doğuşun vaxtı təyin edilir, qadının xəstəlik tarixinə qeydlər yazılır və məzuniyyətə çıxmaq üçün sənəd imzalanır. Bu müddətdə qadın aşağıdakı müayinələrdən keçir:
qanın ümumi analizi
sidiyin ümumi analizi
qanın biokimyəvi analizləri
qanda qlükozanın miqdarı
qanın laxtalanma qabiliyyəti
qanda AİDS, sifilis və hepatit virusunun olması
yaxmada infeksiyanın olması
Hamiləliyin 33-34-cü həftəsində USM vasitəsilə uşağın inkişafı, onun boyu, çəkisi, cinsi, qüsurların olması, uşaqlığın divarı və boynu müayinə edilir.
35-ci həftədə həkim qadının sidik analizinə baxır, uşağın aktivliyini, ürəkdöyüntüsünü, hipoksiyanın olub olmamasını müayinə edir.
37-ci həftədə həkimə gedərkən hamilə qadında sidik analizinin cavabı mütləq olmalıdır.
38-ci həftədə qanda sifilis və AİDS və hepatit viruslarının olması araşdırılır. Bu müayinənin cavabı doğum evinə təqdim etmək üçün vacib hesab edilir.
39-40 həftəliyində USM vasitəsilə dölün yerləşməsi, dölün sarğı hissəsinin harada yerləşməsi, dölün, uşaqlığın və uşaqlıq boynunun vəziyyəti aydınlaşdırılır.
40-cı həftədə hamilə qadın doğum evinə göndərilir və planlı doğuşa hazırlanır. Doğuş vaxtının başlanmasını evdə və ya xəstəxanada planlı şəkildə gözləmək olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir