hamilelik

Hamiləliyin qarşısını alan 6 EFFEKTLİ YOL

Baxış sayı: 1. 536

Qadınların ən çox narahat olduqları məsələlərdən biri də arzuolunmaz hamiləlikdir. Onlar bundan qorunmaq üçün müxtəlif yollardan istifadə edir, həbləri içirlər. Amma əksər hallarda bu vasitələr yetərli nəticə ilə sonlanmır və qadınlar arzuolunmaz hamiləliklə qarşılaşırlar.

“Gencaile.az”-ın “Ailem.az”-a istinadən sizə verəcəyi bu faydalı məsləhətlərlə sizi narahat edən bu haldan qurtara bilərsiniz.

 

1. Ertəsi gün həbi

Arzuolunmaz hamiləlikdə ən çox istifadə edilən vasitələrdən biridir. Ancaq mütəmadi olaraq istifadəsi məsləhət deyil. Ertəsi gün həbi yumurta və spermanın mayalanmasının qarşısını alır. Ancaq qorunmasız seksdən sonra üç gün içində qəbul edilməsi lazımdır. Nə qədər tez qəbul etsəniz, o qədər yaxşıdır. Bəzi ertəsi gün həbləri mədə bulanmasına, yorğunluq və menstruasiya pozulmaları kimi narahatverici nəticələrə səbəb ola bilər. Buna görə sizin üçün hansı həbin təsirli olacağı barədə ginekoloqunuzla məsləhətləşin.

 

2. Spiral

Arzuolunmaz hamiləliyin qarşısını almağın bir yolu da həkim tərəfindən uşaqlıq yoluna yerləşdirilən spiraldır. Bir dəfə yerləşdirdikdən sonra illərlə istifadə edilə bilər. Spermaları uzaq tutaraq hamiləliyin qarşısını almağa kömək edir. Ancaq digər bütün vasitələr kimi, spiral qoydurduqda belə, hamilə qalma riski 1-2 faizdir.

 

3. Doğuşa nəzarət həbləri

Doğuşa nəzarət həbləri 21 gün içilib, 1 həftə ara verilən, ya da tərkibində 28 ədəd olduğu üçün ara verilmədən istifadə edilən qorunma formasıdır. Tərkibində estrogen və progesteron hormonu var ki, bu da hormon sistemini dəyişdirərək orqanizmini hamiləliyə əlverişsiz hala gətirir. Bu dərmanların uşaq əmizdirən, yaşı 35-i keçən və bəzi xəstəliklərin olan qadınlar tərəfindən qəbulu məsləhət deyil.

 

4. Doğuşa nəzarət iynələri

Aylıq və üç aylıq iynələr iki formadadır. Bu iynələrdən biri sadəcə progesteron tərkibli, 3 ayda bir əzələ daxilinə vurulan formuldur. Digəri isə ayda bir əzələ daxilinə vurulan estrogen və progesteron tərkibli iynədir.

 

5. Uşaqlıq boruları bağlatdırmaq

Qadınlarda digər qorunma vasitələrindən biri də uşaqlıq borularının cərrahi yolla bağlanmasıdır. Onun təsiri 99,6 faizdir. Ancaq bu üsulun geri dönüşü çətindir. Daha çox laporoskopik əməliyyatla lokal, ya da ümumi anesteziya altında həyata keçirilir.

 

6. Təqvim yolu

Əgər menstruasiyanız nizamlıdırsa, təqvim yolu ilə də hamiləlikdən qoruna bilərsiniz. Burada yeganə iş menstruasiya dövrünü izləməkdir. Normalda ovulyasiyanın menstruasiyanın ilk günündən sonrakı 14 gündə baş verdiyi düşünülür. Bu səbəblə 28 günlük menstruasiyada hamilə qalma ehtimalının ən yüksək olduğu günlər 13, 14 və 15-ci günlərdir. Bu günlərdə cinsi əlaqə zamanı qorunsanız, hamilə qalma riskini azalda bilərsiniz. Ancaq bu üsul da 100 faiz qorunacağınıza vəd vermir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir