hamilelik bandaj

Hamilə qadınların əlləri necə dəyişir?

Baxış sayı: 1. 893

Hamiləlikdə dəyişən hormon səviyyələri bütün nahiyələrə təsir etdiyi kimi, əllərdə də bəzi şikayətlərə yol açır.

Hamiləlik zamanı karpal tunel sindromu (KTS) adlanan və əlləri həqiqətən yoran bir dövr başlayır. Hamiləliyin son aylarında sıx rastlanan bu hal uzun müddət qalıcı izlər buraxır.

Gücsüzlük, hissizlik

Zamanla əllərdə “qarışqa gəzir” hissi, keyimə, yanma, ağrı kimi əlamətlərlə özünü göstərən bu sindrom irəliləyən zamanlarda gücsüzlük, hissizlik hallarına yol açır. Bu şikayətləri olan hamilələr bir əşyanı tutmaqda çətinlik çəkdiklərini deyirlər.

5 aydan sonra görülür

5 aydan sonra hamilə qadının bədənində çəkinin artması, su yığılması, şişmə artır.

Buna görə əllərdə sinirə təzyiq olur. Bu sindroma laqeyd yanaşmaq olmaz. Çünki çox qadında doğuşdan 3 il keçməsinə rəğmən hələ də izlərini saxlayır.

Doğuşdan iki həftə sonra çəkidə azalma olduğundan ağrılar azca azala bilər. Ancaq tam müalicə üçün 5-8 seansda tamamlanan manuel müalicə və kinezio bant məsləhət görülür.

Lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir