Hamiləlik qadınların yaşadığı ən həssas dövrdür. Körpəsinin sağlamlığını düşünən qadınlar çox şeydən imtina edirlər. Hamiləlik zamanı müalicə körpəyə ziyan olar deyə, dişlərinin çürüyüb pis vəziyyətə düşməsinə razı olan qadınlar bu yazısını oxusun.
Diş müalicəsi ilə bağlı çəkilən rentgen zamanı təxminən 0.01 mrad radiasiya yayılır. Yəni ana bətnindəki körpənin bu rentgen şüalarından təsirlənmə ehtimalı azdır.
Yeni texnoloji cihazlar sayəsində yayılan rentgen şüalarının miqdarı azaldılır. Ağızdan çəkilən 21 seriya rentgen zamanı uşağa gedən radiasiya şüalarının miqdarının ananın 3 gündə aldığı günəş şüalarının dozasından daha az olduğu təsdiqlənib.
Ananın ağzındakı çürük dişin uşağa daha çox zərər verdiyini düşünərək rentgen çəkilə bilər. Ancaq bu halda rentgen keçirməz qurğuşun örtük qarnı tam örtməlidir.
Hamiləlik zamanı körpənin radiasiya şüalarına daha dözümlü olduğu zamanlar 20-25 həftədən sonradır.
8-15 həftəlik hamiləlik zamanı ananın 10 rad şüaya məruz qalması uşaqda zəka geriliyi riskini 4% azaldır, ancaq 50 rad şüaya məruz qalması isə bu riski 60 faizə qədər yüksəldir.
Buna görə mümkündürsə, diş müalicənizi hamiləliyin 20-25-ci həftəsindən sonraya saxlayın. /ailem.az/