Hamiləlikdə rahat yatmaq çox önəmlidir. Xüsusən hamiləliyin son 2 ayında yuxu normanız pozula bilər. Artan ağırlığınız, dəyişən hormonlarınız yuxu probleminə yol aça bilər. Körpəniz doğulduğunda yuxusuz keçəcək gecələr üçün elə bu aylarda yaxşı yatmanız vacibdir.
Bəzi kiçik dəyişiliklərlə yuxu normanızı düzəldə bilərsiz. Fiziki olaraq özünüzü rahatlatmaq əhvalınızı da düzəldəcək. Gencaile.az hamilələrə rahat yatmaq üçün tövsiyələr təqdim edir.
Hərəkətsiz qalmayın. Müntəzəm olaraq hər gün edilən yüngül idman hərəkətləri yuxu problemini həll edəcək. Gündə 30 dəqiqəlik piyada gəzinti, yoqa, yaxud üzmə sayəsində rahatlaya bilərsiz.
Açıq qalan televizorun qarşısında yatmayın. Televizor sinir sisteminizə təsir edərək yuxu keyfiyyətinizi korlayacaq. Yataq otağınızaa kompüter, ya televizor qoymayın.
Bu dövrdə ən yaxın dostunuz yastıqlar olur. Yan yatarkən sizi dəstəkləyəcək çoxlu yastıqlardan istifadə edin. Hətta hamilələrə özəl hazırlanan qıvrımlı yastıqlar daha yaxşıdır.
Yatmaq üçün ən yaxşı otaq istiliyi 19-22 dərəcədir. Bu istilik temperaturunun keçməməsinə diqqət edin. Lazım gəlsə, pəncərəni aça bilərsiz.
Mədə bulantısı və şəkərinizi nizanlamaq üçün yatmadan əvvəl yüngül şeylər yeyin , ancaq içməyin.
Gün boyunca susuz qalmamaq üçün bol su için. Ancaq yatmağa yaxın çox içməyin. Şirin yuxu arası tualet istəyi olmasın.